Previous Next
Bağla

Azercell yeni müsabiqəyə başladı

19-04-2017 17:09
 Azercell yeni müsabiqəyə başladı

Azercell mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər [email protected] ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər. 

Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək. Eyni zamanda  səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər Azercell şirkətinin mütəxəssisləri tərəfindən seçilərək “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində Starbucks kafesində publika qarşısında kitab oxuyacaqlar.

 Müsabiqə 19.04.2017 – 23.04.2017 tarixlərini əhatə etməklə 5 gün davam edəcək. Qaliblərin  elan olunması 26.04.2017 tarixinə planlaşdırılır. Gənclər müsabiqənin şərtlərinə dair daha ətraflı məlumatı Azercell-in rəsmi internet və Facebook səhifələrində  izləyə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell-in  “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq.

Qeyd edək ki,  Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell yeni layihəyə başladı

11-04-2017

Azercell yeni layihəsini təqdim edib- Foto

13-05-2017

500 min kitab cibinizdə

01-04-2016

Bookmate istifadəçilərinin sayı 11 mini keçdi

15-11-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-in layihəsi beynəlxalq sərgidə-Foto

29-09-2017

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

22-10-2024

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Azercell dahi Nizaminin irsini müasir audio-vizual vasitələrlə canlandıracaq

17-11-2021

Azercell-in dəstəyi ilə keçirilən festivalın qalibləri

03-05-2018

Xalqımızın qəhrəmanlıq eposu “Koroğlu” Azercell-in Audiokitab layihəsində

19-02-2021

Azercell-in Bookmate plus paketi ilə dünya ədəbiyyatı smartfonunuzda

03-10-2019

“Mobil kitab rəfi” istifadəyə verilib

07-11-2013

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024

Azercell daha bir festivala dəstək verir

09-04-2018

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə