Previous Next
Bağla

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022 20:34
Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

Azercell-in dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” xidməti ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım istiqamətində fəaliyyət göstərəcək.

Xeberler.az bildirir ki, “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə “Qadın Dəstək Xətti” xidmətinin yaradılmasının əsas məqsədlərindən biri məişət zorakılığı ilə mübarizə istiqamətində effektiv psixoloji, emosional və sosial dəstəyin təşviqi,  zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etmək üçün müvafiq yardımın göstərilməsidir.

Çətin həyat şəraitində olan zorakılıq qurbanları - qız və qadınlara “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti tərəfindən günün istənilən saatında dəstək veriləcək. Müraciətçilərə hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumat veriləcək, onların ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstək istiqamətində kömək ediləcək. Eləcə də xidmətə müraciət edən xanımlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndiriləcək. Zəruri hallarda müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq nəticəsində müraciətlərin həllinə nail olunacaq.

Qeyd edək ki, “Qadın Dəstək Xətti” xidməti 2010-cu ildən Azercell-in əsas tərəfdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” ilə əməkdaşlıq çərçivəsində çalışacaq. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Dəstək Xətti”-nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi,  +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.  

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə