Previous Next
Bağla

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024 18:25
“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

“Uşaq Qaynar Xətti” 2024-cü ilin 3-cü rübünün nəticələrini açıqladı

2024-cü ilin iyul, avqust, sentyabr ayları ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) ümumilikdə 481 müraciət daxil olub. Xidmətin təqdim etdiyi hesabata əsasən, müraciətlərin 138-i hüquqi məsələlər, 63-ü psixoloji dəstək, 41-i sosial çətinliklər, 38-i təhsil problemləri, 5-i isə səhiyyə sahəsinə aid olub. Digər kateqoriyaya daxil olan və naməlum zənglərin sayı 196 təşkil edib.

18 yaşdan yuxarı olan şəxslər tərəfindən edilən müraciətlərin sayı 396, 18 yaşdan aşağı uşaqlardan daxil olan müraciətlərin sayı 39, naməlum zənglərin sayı isə 46-dır. Müraciətlərin 271-i qız, 164-ü oğlan tərəfindən, 46-sı anonim şəkildə edilib.

Daxil olan müraciətlərlə bağlı bir sıra vacib tədbirlər görülüb. Hesabat dövrü ərzində 38 ailə ilə görüş təşkil edilib, hüquqi dəstək göstərilib, 50 sosial-psixoloji reabilitasiya işi aparılıb.

Bununla yanaşı, 10 ailəyə və 3 məktəbə təcili səfərlər təşkil olunub. “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi uşaqlar və onların ailələrinin üzləşdiyi müxtəlif problemlərin həllinə ixtisaslaşmış yardım göstərməkdir. Xidmət uşaqların təhlükəsizliyinin və rifahının qorunması üçün daima fəaliyyətini genişləndirir.

“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), Facebook və Instagram sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qorxma, biz səninləyik!

05-10-2018

Azercell uşaqlara dəstək verməyə davam edir

13-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə