Previous Next
Bağla

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025 18:44
“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

Azercell Telekom, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə (QDX) 2025-ci ilin ilk altı ayında 1306 müraciət daxil olub.

Müraciətlərin təsnifatına əsasən, psixoloji dəstək üzrə 329, məişət zorakılığı halları ilə bağlı 209, hüquqi yardımın göstərilməsi üçün isə 187 müraciət qeydə alınıb.

Bununla yanaşı, sosial və maddi rifahla bağlı problemlərlə əlaqəli 150, boşanma prosesində yaşanan çətinliklərlə bağlı 119, sığınacaqla təmin olunma üzrə 73, səhiyyə hüquqlarının təmin olunması üçün isə 15 müraciət daxil olub. Zənglərin 224-ü ümumi xarakterli suallar, xidmət barədə məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.

QDX-nin psixoloq, hüquqşünas və sosial işçilərdən ibarət peşəkar komandası müraciətçilərlə görüşərək ehtiyaclarına uyğun yardım tədbirləri həyata keçirib. Zəruri hallarda qadınlar hüquqi məsləhət və tibbi xidmətlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara, reabilitasiya mərkəzlərinə və sığınacaqlara yönləndirilib.

2022-ci ildə Azercell-in təşəbbüsü ilə yaradılan Qadın Dəstək Xətti zorakılıqla mübarizədə effektiv psixososial yardım göstərməyi, qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasını təmin etməyi hədəfləyir. Bu məqsədlə xidmət icma əsaslı hüquq klinikaları, dövlət strukturları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir.

Qadınların rifahının yaxşılaşdırılması və təhlükəsiz mühitdə yaşamaları üçün dayanıqlı dəstək platforması rolunu oynayan QDX 116111 qısa nömrəsi, Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində yardım göstərməyə davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb

26-01-2026

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

Azercell “Oflayn qadınlar” sosial layihəsini təqdim edir

25-11-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Qadın Dəstək Xətti”nin ispan dilli təlimatının təqdimatı keçirilib

27-11-2025

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında

02-05-2024

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

15-03-2024

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

03-03-2026

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə