Previous Next
Bağla

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022 00:12
 “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

“Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə Fəallıq
Kampaniyası” günlərində Azercell-in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu.

 Xeberler.az bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Azercell Telekom” MMC və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlandı.

Dekabr ayının 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradovanın, “Azercell Telekom” MMC-nin və “Ümidli Gələcək” Sosial
Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə
ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulandı.

Bu tədbirlər çərçivəsində Azercell-in təşəbbüsü və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin dəstəyi ilə cari ilin avqust ayında “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən yaradılan “Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri də görüş zamanı təhlil edildi. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Qaynar Xəttə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.

Qeyd edək ki, “Qaynar Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərir. Qaynar Xəttə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

Xatırladaq ki, 2010-cu ildən etibarən Azercell uşaqların hüquqlarının müdafiəsi məqsədilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətinə də dəstək göstərir. “Azərbaycan Uşaq Qaynar Xətti” və “Qadın Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlanıb

25-01-2023

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub

11-07-2024

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

12-05-2025

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Qadın Dəstək Xətti” 2025-ci ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib

21-07-2025

“Qadın Dəstək Xətti” son 3 ay ərzində 1094 müraciət qeydə alıb

20-10-2025

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayıb

16-02-2025

Son altı ayda “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub

16-12-2024

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

Uşaq Qaynar Xətt xidməti artıq qısa nömrədə

16-10-2019

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə