Previous Next
Bağla
REKLAM YERİ

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023 17:13
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Xidmət yarımillik hesabatını açıqladı

“Azercell”, UNICEF Azərbaycan və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin birgə əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti 2023-cü ilin ilk 6 ayını əhatə edən hesabatını açıqlayıb.

Müxtəlif çətinliklərlə üzləşən, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək vermək məqsədi daşıyan “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə sözügedən dövr ərzində ümumilikdə 2300-ə yaxın zəng daxil olub.

Uşaq qaynar xəttinə daxil olan müraciətlərin böyük hissəsi, 700-ə yaxın zəng, hüquqi prosedurları əhatə edib. Təhsillə bağlı 636, psixoloji problemlərə dair 610, sosial məsələlərlə bağlı 170, səhiyyə ilə bağlı 100-ə yaxın müraciət daxil olub. Zənglərin qalan hissəsi digər sahələrə aiddir.

Statistikaya əsasən müraciətlərin 51 faizi qadınlar, 48 faizi kişilər tərəfdən edilib, 1 faizi isə anonim şəkildə qəbul olunub. 2023-cü ilin yanvar-iyun ayları ərzində müraciətinin araşdırılması zəruri olan 85 ailə mərkəzə dəvət olunub, problemlərindən asılı olaraq onlara hüquqi, psixoloji və psixososial yardım göstərilib, uşaqlarla isə 152 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Birbaşa AUQX çərçivəsində həll edilməsi mümkün olmayan müraciətlər AUQX xidməti tərəfindən müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatlarına yönləndirilib.

2010-cu ildən “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 nömrələri, elektron poçt, internet səhifəsi, feysbuk və instaqram sosial şəbəkələri, İOS və Android sistemləri üçün nəzərdə tutulmuş mobil əlavə vasitəsilə həyata keçirir, 24/7 rejimində gündəlik mövzulardan tutmuş, zorakılıq və qısnama (bullying) kimi ciddi məsələlərlə bağlı geniş spektrdə dəstək verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qorxma, biz səninləyik!

05-10-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Azercell zorakılığa məruz qalan uşaqların sayını açıqladı

06-03-2017

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə