Previous Next
Bağla

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023 12:46
Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi köməyə ehtiyacı olan uşaq və valideynlərə açıqdır

“Azercell Telekom” MMC-nin, "UNICEF Azərbaycan"ın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə təzyiq və şiddətə məruz qalan, gündəlik həyatda yaşadığı istənilən sıxıntı səbəbindən dəstəyə ehtiyacı olan uşaqlar, eləcə də övladları ilə bağlı hər hansısa çətinliklə üzləşən minlərlə valideyn müraciət edir. Mərkəz 18 yaşına çatmamış bütün uşaqlara və onların problemləri ilə əlaqədar zəng edən hər kəsə fasiləsiz- 7/24 rejimində xidmət göstərir.

2022-ci il ərzində Uşaq Qaynar Xəttinə daxil olan 5 mindən çox müraciətin 10%-i uşaq zorakılığı ilə bağlı olub. Əvvəlki illərdəki kimi müraciətlər arasında ilk sıralarda psixoloji və fiziki zorakılıq yer alıb, lakin ötən illərdən fərqli olaraq kiberzorakılıqla bağlı müraciətlər də qeydə alınıb. Bunun səbəbi isə hazırda uşaq və yeniyetmələr arasında internetdən istifadənin kəskin şəkildə artmasıdır. Bu göstəriciləri nəzərə alan “Azercell Telekom” internet məkanda düzgün davranış, uşaqların kiber təhlükələrdən qorunması mövzusunda ictimaiyyətin maarifləndirilməsinə xüsusi diqqət ayıraraq silsiləvi tədbirlər təşkil etməyi qərara alıb.

Zənglərin ümumi təsnifatına gəldikdə, Qaynar Xəttə daxil olan müraciətlərin 31%-i hüquqi, 28%-i psixoloji, 14%-i təhsil, 14%-i sosial, 13%-i isə səhiyyə məsələləri ilə bağlı olub. Zənglərin əhatə dairəsi Bakı ilə məhdudlaşmayıb – Azərbaycanın digər bölgələri ilə yanaşı, müraciətlər Türkiyə, Ukrayna, Rusiya kimi ölkələrdən də daxil olub.

Müraciət edənlərə, əsasən, telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. 19 ailəyə və 8 təhsil ocağına təcili-təxirəsalınmaz səfərlər təşkil olunub.

Xatırladaq ki, “Uşaq Qaynar xətti”nə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, “Facebook” və “Instaqram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Qorxma, biz səninləyik!

05-10-2018

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə