Previous Next
Bağla

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

16-07-2025 12:25
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Uşaq Qaynar Xətti” ilin ilk yarısında 2173 müraciət qeydə alıb

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə (AUQX) 2025-ci ilin yanvar-iyun ayları ərzində 2173 müraciət daxil olub.

Müraciətlər arasında psixoloji dəstəklə bağlı sorğular (497) üstünlük təşkil edib. Bununla yanaşı, hüquqi yardım üzrə 392, sosial məsələlərlə bağlı 378, təhsil üzrə 96, səhiyyə ilə əlaqədar 24 müraciət qəbul edilib. 750-dən çox zəng isə ümumi xarakterli sualları, xidmət haqqında məlumat sorğularını və digər müxtəlif mövzuları əhatə edib.

15-18 yaşlı yeniyetmələrdən gələn 1345 sorğu müraciətlərin əksəriyyətini təşkil edib. Qalan sorğuların 502-si 11-14 yaşlı, 326-sı isə 10 yaşadək uşaqlarla bağlı olub.

Bu müddət ərzində 78 ailə mərkəzə dəvət olunaraq, hüquqi, psixoloji və psixososial dəstəklə təmin olunub. Ümumilikdə, 300-dən çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Həmçinin təcili müdaxilə tələb edən hallar üzrə 73 məktəb və ailəyə
təxirəsalınmaz səfərlər baş tutub.

Hesabat dövrü ərzində xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əməkdaşları Bakı, Sumqayıt və Abşeron üzrə üç peşə məktəbi, doqquz orta məktəb və bir Gənclər evində maarifləndirmə tədbirləri keçiriblər.

2010-cu ildə yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir. 24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin 3-cü rübündə 1600-ə yaxın müraciət daxil olub

14-10-2025

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

06-02-2025

“Uşaq Qaynar Xətti”nə 3 ay ərzində 500-ə yaxın zəng daxil olub

31-10-2024

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022

“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

09-12-2022

“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib

26-01-2022

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021

İyul-avqust aylarında “Uşaq Qaynar Xətt Xidməti”nə 800-ə yaxın müraciət daxil olub

11-09-2021

“Uşaq Qaynar Xətti”nə 2025-ci ilin I rübündə 940 müraciət daxil olub

14-05-2025

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

“Uşaq Qaynar Xətti” son yarımildə 3000-ə yaxın zəng qəbul edib

17-07-2021

Azercell-in əsas tərəfdaşlığı ilə Qadın Dəstək Xətt xidməti yaradılıb

22-08-2022

Uşaq Qaynar Xəttinə il ərzində 5061 müraciət daxil olub

10-01-2020

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib

14-04-2020

Bu ilin ilk 3 ayında Uşaq Qaynar Xətt xidmətinə 801 müraciət daxil olub

23-04-2019

Azercell-in dəstəklədiyi Uşaq Qaynar Xəttinə 1547 müraciət daxil olub

12-09-2019

“Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

03-02-2021

Azercell: Uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20-07-2017

“Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub

18-02-2026

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Uşaq Qaynar Xətt xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

13-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə