Lider mobil operator milli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirir
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramında lider mobil operator jurnalistlərin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş xüsusi təlim təşkil etdi. Beynəlxalq təlim şirkəti tərəfindən keçirilən kurs çərçivəsində media nümayəndələrinə ən yeni media tendensiyalar və qabaqcıl texnologiyalar barədə geniş məlumat təqdim edildi.
Təlimi giriş nitqi ilə açan Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova müasir jurnalistikada rəqəmsal biliklərin əhəmiyyətini vurğuladı. S. Abbasova bu təlimin mətbuat nümayəndələrinin peşəkar inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirdi.
Təlimin birinci hissəsini İstanbul İstinye Universitetinin departament rəhbəri, daha öncə isə Massaçusets Texnologiya İnstitutunda süni intellekt üzrə araşdırmaçı qismində fəaliyyət göstərmiş Şebnem Özdemir apardı. Təlim süni zəkanın jurnalistikada istifadə imkanlarına həsr olunmuş müzakirələrlə davam etdi.
Türkiyənin Anadolu agentliyində media eksperti Büşra Begçecanlı bu sahədə olan geniş təcrübəsini təlim iştirakçıları ilə bölüşdü.
Ekspertlər medianın gələcəyini formalaşdıran cari tendensiyalar və texnologiyalar, süni intellekt vasitəsilə məzmun yaradılması, saxta xəbərlər, media manipulyasiyası riskləri, rəqəmsal dövrdə etik standartların saxlanılması kimi mövzular haqqında iştirakçılara dolğun məlumatlar təqdim etdilər.
Şirkət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri