Könüllülər Yeni il ərəfəsində “Bölüşək, sevindirək!” adlı növbəti xeyriyyə təşəbbüsünü həyata keçiriblər
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!” şüarı ilə təşkil olunan bu kampaniya çərçivəsində Könüllülər İkinci Vətən müharibəsinin şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin uşaqlarını ziyarət edib və onlara bayram hədiyyələri təqdim ediblər. Ümumilikdə 200-dən çox uşağa bayram hədiyyələri çatdırılıb.
Həmçinin “Azercell Könüllüləri” Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul rayonunda uşaqlar üçün xüsusi bayram proqramı təşkil ediblər.
Uşaqların siyahısı Hacıqabul Rayon İcra Hakimiyyəti və Zəfər İB tərəfindən təqdim edilib.
Qeyd edək ki, Azercell əməkdaşlarından ibarət olan bu xeyriyyə təşkilatı 2004-cü ildən fəaliyyət göstərir və mütəmadi şəkildə xeyriyyə təşəbbüsləri həyata keçirir.
“Azercell Telekom” MMC-nin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri