“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə baş
tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar. Ailələrin
siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.
Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox
İkinci Vətən Müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanmış qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyatı və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından
ibarət sovqat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub.
Azercell özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri