Previous Next
Bağla

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

22-05-2020 18:50
Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı

Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Müqəddəs Ramazan ayı boyu aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqat çatdırıb.

Xeberler.az bildirir ki, “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir. Belə ki, şirkət karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərib.

Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. Azercell-in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.

Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylamışdı.

Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell minlərlə aztəminatlı ailəyə Ramazan ayı boyunca dəstək olacaq

30-04-2020

Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir

16-05-2020

Daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı

09-05-2020

Azercell Respublika günü münasibətilə şəhid və əlil ailələrinə sovqat paylayıb

29-05-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək

23-03-2020

Azercell koronavirusla savaşan tibb işçilərinə rabitə dəstəyini davam etdirir

24-12-2020

Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir

20-10-2020

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi yekunlaşmaq üzrədir

08-05-2020

“Aztelekom” MMC aztəminatlı ailələrə bayram sovqatı paylayıb

23-05-2020

“Azercell Könüllüləri” bayram günlərində xeyriyyə təşəbbüsü həyata keçirib

02-04-2025

Son bir ildə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib

20-10-2021

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

30-04-2020

Azercell COVID-19-la mübarizədə növbəti xeyriyyə aksiyasına qoşuldu

20-04-2020

Azercell Könüllüləri xeyriyyə yarmarkası təşkil edib

19-03-2026

“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb

30-12-2025

Azercell Milli Paralimpiya Komitəsi ilə 3 saylı Uşaq evini ziyarət edib

18-03-2026

“Azercell Könüllüləri” Yeni il münasibətilə iki yüzə yaxın uşağı sevindirib

30-12-2021

"Azercell" abunəçilərə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı yaradıb

24-03-2020

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

20-03-2021

Azercell fədakar tibb işçilərini dəstəkləyib

25-03-2020

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

02-04-2021

Bakcell zərər çəkmiş sakinlərə dəstək göstərdi

13-06-2018

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci

07-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə