Previous Next
Bağla

Azercell milyonlar qazanır, istifadəçinin seçim azadlığı məhdudlaşır - Ekspert

03-06-2025 14:34
Azercell milyonlar qazanır, istifadəçinin seçim azadlığı məhdudlaşır - Ekspert
1 iyul 2025-dən etibarən Azercell fakturasız (SimSim) istifadəçilər üçün yeni şərtlər tətbiq edəcək.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, açıqlanan mücərrəd məlumatlardan dərhal görünür ki, Azercell “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib:
 
"Azercell yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyəti güdüb. Yəni pulun, balansın var nömrən bəlli müddətə aktiv olacaq, yoxsa nömrən bağlanacaq.
 
İlk öncə qeyd edim ki, Azercelldə çox güman ki kimlərsə, bəlkə də məqsədyönlü olaraq yeni qaydalarını ağlabatan formada, istifadəçilərin dərk edə biləcəyi formada şərh etmək istəməyiblər.
 
Əlbəttə, bu Azercell-in marketinq şöbəsində çalışanların peşəkarlığından deyil, verilən göstərişdən asılı bir məsələdir".
 
Osman Gündüz qeyd edib ki, əvvəllər sadəcə 1–2 manat balans yükləməklə insanlar nömrələrini daha çox açıq saxlaya bilirdilər:
 
"Bu sistem azgəlirli ailələr, yaşlı istifadəçilər, yalnız əlaqə üçün nömrə saxlayan uşaqlı ailələr və kənd yerlərində yaşayanlar üçün müəyyən rahatlıq təmin edirdi. Məsələn, indiyədək 5 manat ödəyib 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idi.
 
İndi təklif olunan qaydalara görə isə bu 5 manatla vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq. Balansda pul olsa da, danışmaq mümkün olmayacaq, bundan sonra sizin konturunuzun bəlli bir danışıq günü olacaq.
 
Tarifə qoşulanlar üçün isə vəziyyət daha incədir: Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə (məsələn, 10 manat), nömrəniz 30 gün açıq qalacaq. Əgər balansa 1 və ya 2 manat yükləsəniz – heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq. Tarif “varmış” kimi görünür, amma realda istifadə etməyə icazə verilmir. 
 
Digər ciddi məsələ isə budur: "Azercellim", "Bölgə", "GəncSim", "Sadə6" və digər az da olsa sərfəli tariflərə yeni qoşulmalar da dayandırılır. Beləliklə, Azercell həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi yığılan” modellərə keçir".
 
Dövlətə məxsus payla idarə olunan bir şirkət niyə bu qədərsərt ticarət davranışları nümayiş etdirir?
 
Ekspert qeyd edib ki, milyonlarla istifadəçisi olan Azercell kiçik məbləğlərlə milyonlar qazanmaq üçün riyazi olaraq hər şeyi “düz” hesablayıb. Amma sosial olaraq bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir:
 
"Rəqəmsal taransformasiyaya cavabdeh qurumlar fərqində olmalıdır ki, Azercell dövlət şirkətinin bu addımı dolayısıyla rəqəmsallaşmaya da mənfi təsir göstərəcək.
 
Düşünürəm ki, dövlət şirkəti olan Azercell tarif qaydalarına yenidən nəzərə salmalı, ”1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha ağlabatan, müştəriyə yönəlik tariflər müəyyən etməlidir.
 
Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda bu cür ifrat sərt yanaşma, müştərilərə qarşı bu formada münasibət sərgiləmək halları müşahidə etməmişəm".
 
Ekspert bildirib ki, əvvəllər ölkənin və regionun ən innovativ qurumu olan bu şirkət uzun müddətdir ki, innovasiyalar və texnologiyalar sahəsində yerində sayır. Bu, beynəlxalq konfranslarda da açıq-aşkar görsənir:
 
"Yəni anlaşıqlı desək, biz, Azercell-də son zamanlar artırılan tariflərdən əldə olunan gəlirlərin innovasiyalara yatırıldığını da müşahidə etmirik.
 
Ümid edirəm Antiinhisar Agentliyi, İKTA, RİNN, İRİA bu dəyişikliklərin sosial təsirlərini, rəqəmsal transformasiyaya təsirlərini dəyərləndirəcək və ağlabatan addımlar atılacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

02-06-2025

Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir - Ekspert

04-06-2025

"Azercell": Danışıq tarifləri dəyişilməyəcək

04-06-2025

Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

03-06-2025

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

Azercell aylıq adı ilə "günlük" internet təklif edir - Osman Gündüz

04-06-2025

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Ekspert : Azercell Telekom-un bu addımı doğru addım deyil

15-01-2019

Bir neçə nömrə əvəzi – Azercellim tarifi!

03-06-2015

ASAN İmza üçün nəzərdə tutulan nömrələr müştərilərə problem yaradır

10-10-2018

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

Azercell telekommunikasiya sahəsində bir ilkə imza atıb

14-10-2016

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Novruz bayramı ərəfəsində Azercell-dən yeni kampaniya

04-03-2015

«Azercell»dən 1 manatlıq danışıq kartı

03-04-2009

Azercell-dən yay kampaniyası!

02-07-2010

Azercell-in “pulsuz 5 saat” kampaniyasının vaxtı uzadıldı

01-04-2015

"Azercell" Pakistanda rominq üzrə vahid xidmət haqqı tətbiq edəcək

20-11-2020

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə