Previous Next
Bağla

Ekspert : Azercell Telekom-un bu addımı doğru addım deyil

15-01-2019 10:33
Ekspert : Azercell Telekom-un bu addımı doğru addım deyil

Unun qiymətində son günlər baş verən qiymət artımı deyəsən rabitə və texnologiya xidməti göstərən qurumlara ciddi təsir edib. Amma ilk reaksiya maraqlıdır ki, heç kimin göstərmədiyi halda, ərzaq tədarükçülərindən deyil, məhz, mobil xidmət göstərən və dövlət mülkiyyətində olan “Azercell” MMC-dən gəldi.

Üç gün əvvəl bu artımla bağlı şirkətin yaydığı məlumatda bildirilir ki, fevral ayının 12-dən etibarən fakturalı və fakturasız (sim-sim) abunəçilər üçün sms tarifləri 200% artırılır. Yəni fakturasız xətt sisteminə aid nömrələrdə mövcud olan “Azercell”in, “Bizimkilər”, “Hər yerdə”, “Gənc Sim”, “Bölgə” və “Tələbə birliyi” tarifləri çərçivəsində hər sms-in qiyməti artırılaraq, (əvvəllər 2 qəpik idi) 5 qəpik, fakturalı xətt sistemində mövcud olan “Hər yerə”, “Ailə tarif”, “Dövlətcell”, “SOCAR” və “Mediacell” tarifləri isə hər sms üçün 2,5 dəfə artırılaraq yenə də 5 qəpik müəyyən edilib. Bundan əlavə yanvarın 23-dən etibarən “Sim kredit”də də artım olacaq. Belə ki, həmin tarixdən “Sim kredit” üçün göndərilən sorğuya görə abonentin hesabından 5 qəpik çıxılacaq. Abonent həmin o 5 qəpik çıxıldıqdan sonra götürdüyü 1 manatlıq kreditə görə 1 manat 20 qəpik, 2 manatlıq üçün 2 manat 40 qəpik, 3 manatlıq üçün isə 3 manat 60 qəpik ödəməli olacaq. Aydınlıq üçün bildirək ki, “Sim kredit” sorğusu əvvəllər  pulsuz idi. Bunu da əlavə edək ki, “Azercell Telekom” bu ilin əvvəlindən rominqdə  istifadə edilən interneti də 20% bahalaşdırıb.

Xeberler.az  məlumat verir ki, mövcud vəziyyətlə bağlı “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Paralel” qəzetinə açıqlamasında bildirib ki;- “Azercell Telekom”un bu addımı doğru addım deyil.

“Xüsusilə də, SMS-lə bağlı bir xidmətin qiymətinin artırılması anlaşılan deyil. Yəqin “Azercell” koorparativ müştərilərinin, yəni SMS xidmətlərindən istifadə edən dövlət qurumları və digər qurumların hesabına müəyyən qədər qazanc əldə etmək istəyir. Hesab edirəm ki, bu cür xidmətlərin ortadan çıxma ehtimalı olduğu bir zamanda onun üzərinə bir də qiyməti artırmaq düzgün yanaşma deyil. Düzgün yanaşma o olardı ki, “Azercell” yeni bir mobil xidmət yaradardı. Məsələn, dövlət qurumları, özəl şirkətlərlə əməkdaşlıq etməklə yeni bir xidmət ortaya çıxarardı. Bank sektoru, dövlət sektoru, təhsil, səhiyyə. Bu qurumlarla əlaqəli yeni xidmətlərin ortaya çıxarılıb, hazırlanması daha düzgün olardı, nəinki, 40 ildən qalan bir xidmətin tarifini artırmaq. “Azercell” hazırda dövlət şirkətidir. Dövlət şirkətinə    kim icazə verdi ki, qiymətləri artırsın? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi köhnələn SMS xidmətinin qiymətini artırmaqdansa, innovasiyalara, innovativ addımların atılmasına diqqət yetirsin. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yanvar 2019-cu ildə innovasiyalarla bağlı sərəncam verdi.  Sərəncamda göstərilir ki, bu dövlət qurumları innovasiyalara meyl etməlidir. Nəinki, köhnədən qalma xidmətin qiymətini artırmaq. Çox gülünc və qəribə bir haldır ki, ölkənin ən innovativ qurumu qeyri-innovativ bir addım atıb. Gözlənilirdi ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azercell”i alıb özəlləşdirsin və yenidən satışa çıxarsın. Amma bu baş vermədi. Bunun əvəzinə qeyri-innovativ addım atıldı. Yaxşı olardı ki, “Azercell” alınıb yenidən satışa çıxarılsın.” 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Telecom SMS tariflərini 2 dəfə artırır

11-01-2019

Azercell müştərilərə xəbərdarlıq edib

07-10-2016

Bakıda telefon konturlarının satış qiyməti niyə bahalaşıb?

07-02-2011

"Azercell" rouminq xidməti üzrə yeni tarif tətbiq edəcək

29-04-2020

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022

Azercell multimedia mesajlarının qiymətini azaldıb

01-10-2009

Azercell-dən rominqdə 10 sms hədiyyə

19-05-2015

“Azercell” DataKart paketlərinin həcmini artırdı

21-04-2009

Azercell rominqdə olan abunəçiləri üçün yenilik edib

09-07-2015

«Azercell» mobil rabitə tariflərini endirib

19-06-2009

Naxçıvanda işləyən CDMA telefon abunəçiləri üçün yeni xidmət istifadəyə verilib

07-01-2015

Azercell yeni vahid rouminq tarifləri

01-06-2017

Azercell abunəçilərinə müraciət edib

24-09-2016

”Azercell” jurnalistlər üçün yeni tarif paketini təqdim edir

04-03-2011

“Azercell” Sim Sim abonentlərinə yeni kampaniya təqdim edir

12-02-2009

Azercell-dən yay kampaniyası!

02-07-2010

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

Azercell rominqdə olan abunəçilərinə dəstək olur

16-03-2020

Azercell abunəçiləri üçün yeni Sadə tarif paketini təqdim edir

17-04-2019

Azercell Telecom MMC SMS tariflərinin 2 dəfə artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

12-01-2019

Azercell MMC PayCELL xidmətindən istifadəni beş dəfə artırıb

14-09-2009

BİZNESİN YENİ NÖVÜ MOBİL ŞİRKƏTLƏRİ “YIXIR”

11-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə