Previous Next
Bağla

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019 12:14
Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

Nömrə resursları necə ayrılır, nə üçün Azercell-in 3, Bakcell –in isə 1 kodu olmalıdır ?

Xeberler.az bildirir ki, Azercell dövlət şirkətinə yeni nömrə resursu, 010 kodu (prefiks) verilməsi ilə bağlı məlumatlar artıq bir ay öncədən mediada yayılıb. Yəni , yaxın müddətdə Azercell 010 xxx xx xx formada nömrələrin də satışını həyata keçirə biləcək.

Məsələ ilə bağlı İnternet Formunun Prezidenti, ekspert Osman gündüz münasibət bildirib. Diqqət etsək görərik ki, indiyədək mobil bazarda Azercellin və Narın hər birisinin 2 nömrə resursu var. Azercell 050 və 051 , Nar isə 070 və 077 kodları ilə mobil nömrələri istifadəyə verir. Ölkənin ilk mobil operatoru olan Bakcell isə uzun müddətdir ki yalnız bir koddan, 055 prefiksindən istifadə edir.

Ekspert qeyd edib ki, 2-3 ildir ki, Bakcell yeni nömrə resursu, 099 kodunun alınması üçün Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət edib.  Lakin yeni kod alan tərəf isə Azercell olub.  

Belə olan halda sual yaranır ki, nə üçün 2 nömrə resursu olan mobil operatora 3-cü də verilir, amma cəmi bir kodu olan ölkənin ilk mobil operatoruna 2-ci kod ayrılmır? 

Hansı ki bu yeni resursla Bakcell xeyli inkişaf edə bilərdi, yeni müştərilər qazana bilərdi. İnfrasturktura investisiya yatıra bilərdi. Və sonda mobil bazarda rəqabətli mühit daha da inkişaf edərdi. Osman Gündüz düşünür ki, qanunvericilikdə nömrə resursunun ayrılmasından imtina üçün ciddi əsaslar olmadığı halda, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi diskriminasiya edir, ədalətsiz siyasət yürüdür, sərbəst və azad rəqabət prinsiplərini pozur.

Dövlət inhisarçılığı ilə özəl qurumun, Bakcell şirkətinin fəaliyyəti məhdudlaşdırılır. Antiinhisar fəaliyyəti haqqında , Telekommunikasiya haqqında Qanunların və Nömrə resurslarından istifadə Qaydlarının tələblərinə isə əməl edilmir. Həm tənzimləyici, həm də kommersiya səlahiyyətləri olan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu addımla Azercell-in bazarda süni surətdə üstün mövqeyini qorumağa çalışır. Ekspert hesab edir ki, bu çox kobud qanun pozuntusudur.

Bu prosesi tənzimləməli olan, təbbi inhisar subyektlərini yerində “oturtmalı” olan Antiinhisar Siyasəti Dövlət Xidməti bu məsələyə nə deyir ?

Osman Gündüz bildirib: "Antiinhisar qurumla bağlı əldə etdiyim məlumata görə artıq Bakcell bir il olar ki bu quruma Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qanunsuz hərəkətlərindən-antiinhisar qanunvericiliyin tələblərinin pozulmasından dolayı rəsmi müraciət edib. Və hətta artıq bir-iki ay öncə bununla bağlı Antiinhisar qurum tərəfindən qərarın da çıxarıldığını öyrəndim. Qəribədir ki, bizim bəyənmədiyimiz, elə mənim də son zamanlar ciddi tənqid etdiyim Antiinhisar Dövlət Xidməti ötən ay antiinhisar qanunvericiliyin tələblərinin pozulduğunu əsas tutaraq Bakcell-ə nömrə resursunun – 099 kodunun ayrılması haqqında, təbii inhisar subyekti olan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün məcburi olan qərar qəbul edib. Bu Qərarın artıq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyini tərəfindən icra edildiyi və Bakcell-ə 099 kodunun verildiyi bildirilir. Şəxsən mən gözləmirdim ki Antiinhisar belə qərar qəbul edə bilər. Gərək ona qarşı tənqidləri bir az yumşaldaq".

Lakin Bakcell hələlik bu haqda açıqlama yaymayıb. Azercell-dən 010 ilə bağlı informasiya isə artıq sızıb. Görünür ki, Bakcell Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə müqavilə şərtlərini indiyədək razılaşdıra bilməyib.

Son olaraq ekspert qeyd edib ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyin tez bir zamanda Antiinhisar Dövlət Xidmətinin qərarına uyğun olaraq Bakcell üçün 2-ci kod ayırmalı və nömrə resurslarından istifadəyə şərait yaratmalıdır. Məhz bundan sonra hər üç mobil operator üçün əlavə nömrə resurslarının ayrılmasına diqqət yetirilməsi daha doğru və ədalətli olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliklə Bakcell arasında mübarizə davam edir

06-08-2019

Nazirlik və Bakcell 099 kodu ilə bağlı açıqlama verib

03-08-2019

Elmir Vəlizadə:Bakcell şirkətinə 099 prefiksi artıq ayrılıb

07-11-2019

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Bakcell yeni 099 prefiksini istifadəyə verib

15-01-2020

“Bakcell”dən 099 prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

29-06-2021

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Abunəçilər Bakcell şirkətini seçir

12-01-2015

NRYTN-dən səhiyyə işçilərinə dəstək

21-07-2020

"Bakcell”dən rəqəmsal yeniliklər!

17-03-2023

Azercell və Bakcell -ə 3G verilməsindən imtina ilə bağlı bəhanələr davam edir

04-08-2011

Bakcell şirkəti yenilənmiş saytını istifadəyə verib

01-12-2021

Bakcell Rabitə Nazirliyinə 3G lisenziyası üçün müraciət etdi

17-07-2010

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

"Azercell" "010" prefiksli nömrələri istifadəyə verib

10-11-2021

50 abunəçi Bakcell-dən hədiyyə qazanıb

03-10-2018

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015

Azercell-in satılmasına münasibət: “Nazirlikdə bu qədər pul haradandır?”

09-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə