Previous Next
Bağla

ASAN İmza üçün nəzərdə tutulan nömrələr müştərilərə problem yaradır

10-10-2018 11:27
ASAN İmza üçün nəzərdə tutulan nömrələr müştərilərə problem yaradır

Mobil operatorlar bir müddətdir ki, bəzi fərdi sahibkarlar üçün xoşagəlməz vəziyyət yaradır. Belə ki, onlar "Asan İmza" üçün mobil operatorlardan nömrə alır və məhz "ASAN İmza" kimi işlətmək məqsədi ilə illik balans vururlar. İl ərzində əziyyət çəkmədən istifadə etsinlər deyə.

Amma bir neçə aydan sonra həmin şəxs "ASAN İmza"dan istifadə zamanı çətinliklə üzləşir. Nəticədə nömrənin bağlı olduğunu öyrənir. Səbəb kimi isə nömrənin aktiv vaxtının bitməsi göstərilir. Yəni balansda 20 manat olduğu halda nömrə bağlanır və istifadəçidən balansı ən azı 1 manat məbləğində artırması tələb olunur.

Sputnik Azərbaycan-a yaranmış bu problemlə üzləşmiş bir neçə şəxs tərəfindən şikayətlər daxil olub. Onlar soruşurlar ki, "ASAN İmza" üçün lazım olan miqdarda pul yüklədikləri halda nəyə görə balanslarına əlavə pul vurmalıdırlar?

Şikayətçilərin bu iradı ilə bağlı "Azercell Telekom"-dan Sputnik Azərbaycan-ın sorğusuna belə cavab verilib: "Təsvir etdiyiniz halda məsələ ümumi nömrələrin istifadə qaydaları ilə bağlıdır. İstənilən nömrə ("ASAN İmza" xidməti olmasa belə) balansa müəyyən məbləğ yüklədikdə, xəttin müəyyən müddət aktiv qalmasını təmin edir. Xidmətdən asılı olaraq, nömrə istifadə edilmədikdən konkret müddət sonra nömrə deaktiv olunur. Bütün bu məqamlar abunəçi müqaviləsində öz əksini tapır".

Sorğumuzu "Baksell" şirkəti də cavablandırıb. Şirkətdən bildirilib ki, nömrələrin aktiv qalma müddəti yüklənilən vəsaitin məbləğindən asılı olaraq tənzimlənir: "Balansa yüklənmiş məbləğin istifadə müddəti bitdikdən sonra istifadəçilər nömrəni aktivləşdirmək üçün balansa istənilən məbləği yükləməlidir. 1 manata 5 gün, 20 manat və ondan yuxarı kontur yükləyəndə isə 150 gün nömrə aktiv olur".

Xeberler.az  bildirir ki, İKT mütəxəssisi Vahid Qasımov məsələyə dair Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, istifadə etdiyimiz mobil operatorların hamısı kommersiya təşkilatlarıdır, buna görə də istədiklərini edə bilərlər: "Öncədən qaydalar müəyyən edilir və müqavilə bağlanır. Əgər müqavilədə bu hal qeyd edilibsə, onlar istədikləri kimi fəaliyyət göstərə bilərlər. Yox, əgər müqavilədə bu, yoxdursa, o zaman qanunsuzdur".

Ekspertin dediyinə görə, zaman çərçivəsində şərtlərin dəyişməsi anormal haldır: "Məsələn, qiymətlərin birdən bahalaşması. Digər şərtlər isə, məsələn, kartın bağlanması, ləğv edilməsini operator özü təyin edir. Bu, normal hal olmasa da, onların fəaliyyətinə möhtac qaldığımıza görə qoyduqları şərtlərə də riayət etməliyik".

"Əks halda, dövlət "ASAN İmza"nı reallaşdıracaq bir operator yaratmalı və onları nizamlamalıdır ki, belə xoşagəlməz hallar baş verməsin. İndiki halda istifadəçilər bu cür xoşagəlməz hadisələrlə üzləşməmək üçün aylıq və ya rüblük balanslarını yükləsələr, daha yaxşı olar" — deyə V.Qasımov vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

Azercell abunəçilərinə tarif ödənişi əsasında fasiləsiz istifadə imkanı yaradır

02-06-2025

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

ASAN imza problemi davam edir

28-03-2019

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Azercell –in “Asan İmza” endirimləri davam edir

31-03-2015

"Azercell": Danışıq tarifləri dəyişilməyəcək

04-06-2025

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

04-03-2025

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015

Azercell “Asan İmza” xidmətinə pulsuz qoşulma kampaniyasını elan edir

01-05-2015

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019

Azercell-dən Milyon, milyon nömrələr kampaniyası

03-01-2019

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

AİF prezidentə müraciət edib

09-08-2018

Azər Həsrət : Asan İmza üçün milyonlarla dollar vəsait havaya sovrulub

24-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə