Previous Next
Bağla

Azercell aylıq adı ilə "günlük" internet təklif edir - Osman Gündüz

04-06-2025 13:27
Azercell aylıq adı ilə "günlük" internet təklif edir - Osman Gündüz
Azercell-dən “innovasiya”: "AYLIQ" adı ilə 28 GÜNLÜK internet təklif edir
"Azercell mobil internet tariflərini də dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm, yetərincə bahadır və bu, başqa bir müzakirə mövzusudur".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri “aylıq” adı ilə satılır, amma əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir:
 
"Bu, Azercell tərəfindən təklif edilən yeni “innovasiyadır”. Əvvəllər belə hal müşahidə etməmişik.
 
Adi hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur edilir. Yəni ildə 12 yox, 13 “aylıq” internet paketi alınmış olur.
 
Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir".
 
Osman Gündüzün sözlərinə görə, Azercell bu təcrübəni turistlər üçün nəzərdə tutulan Avropa ölkələrindəki 28 günlük SIM kart təcrübəsi ilə eyniləşdirə bilməz. Çünki orada bu sistem yalnız qısa müddətli istifadə – yəni turistlər üçün nəzərdə tutulur:
 
"Bizdə isə bu “28 gün” yerli əhali üçün “aylıq” adı altında tətbiq olunur. Azercell-də kimsə deyə bilər ki, biz xırda işlərə baş qoşuruq. Anlayıram. Amma, bu 30/28 yanaşması etik deyil axı. Bu, istehlakçının etibarından sui-istifadə etməkdir. Bu, rəqəmsal bərabərliyə zidd bir addımdır.
 
Azercell dövlətə məxsus şirkətdir və bu cür praktikalar ictimai məsuliyyət və sosial ədalət prinsiplərinə ziddir".
 
Ekspert qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi, aidiyyəti qurumlar bu məsələni araşdırmalı, "aylıq" anlayışının ədalətli və şəffaf istifadəsini təmin etməlidirlər:
 
"Azercell-in “1 manat – 1gün” absurd açıqlamasından sonra bir daha bu qurumun son zamanlardakı tariff siyasətinə göz gəzdirdim. Sadəcə təəssüflənməmək mümkün deyil.
 
Bütün istiqamət var qüvvə ilə müştəridən əlavə pul qortmağa yönəlib. Amma qarşılığnda yeni xidmətlər, yeni innovasiyalar yoxdur. 5G-dən xəbər yoxdur.
 
Qonşu ölkələrin mobil operatorlıarına baxsaq görərik ki bütün qüvvələrini innovasiyalara, 5G/6G-yə, süni intellektə investisiya yatırmağa, yeni xdimətlərdən gəlir əldə etməyə yönəldiblər.
 
Zamanında Azərbaycanın ən innovativ qurumunun belə halı ürəkaçan deyil".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell ilə limitsiz WhatsApp yazışmaları

Azercell ilə limitsiz WhatsApp yazışmaları

02-12-2019
Azercell internetin qiymətini 20 faiz qaldırdı

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018
Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

22-03-2016
Dünyanı Azercell ilə səyahət et!

Dünyanı Azercell ilə səyahət et!

04-06-2019
«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024
Azercell ASAN imza tariflərini qaldırır

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018
Azercell milyonlar qazanır, istifadəçinin seçim azadlığı məhdudlaşır - Ekspert

Azercell milyonlar qazanır, istifadəçinin seçim azadlığı məhdudlaşır - Ekspert

03-06-2025
"Azercell"in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin

"Azercell"in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin

06-10-2021
Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

Ekspert: Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib

03-06-2025
Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

26-06-2019
Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif

08-11-2019
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!

“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!

28-04-2026
Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1GB internet hədiyyə qazan

Samsung smartfon və ya planşet əldə et, Azercell-dən 1GB internet hədiyyə qazan

16-09-2020
Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

Azercell yeni Günlük Rominq İnternet paketini təqdim edir

01-04-2019
“RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür”

“RİTN mobil operatorlara qarşı ayrı-seçkilik siyasəti yürüdür”

09-12-2009
"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

"Azercell" 100 mindən çox abunəçiyə 5GB aylıq internet paketi hədiyyə edib

22-06-2021
Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

Azercell NNTV tətbiqi ilə dünyanın televiziya kanallarını təqdim edir

09-04-2020
Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019
Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019
Azercell yeni kampaniyaya başlatdı

Azercell yeni kampaniyaya başlatdı

13-07-2018
Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

Azercell-in rəqəmsal xidmətləri “Umico”da!

09-07-2021
Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017
Azercell-dən Zəfər Gününə özəl təklif

Azercell-dən Zəfər Gününə özəl təklif

07-11-2024
Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

Yeni iPhone telefonlarının imkanlarını Azercell ilə kəşf edin

18-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə