Previous Next
Bağla

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021 19:32
"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, “Azercell” şirkətinin müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablandırma sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail olunub.

Xeberler.az bildirir ki, ötən il “Azercell”in Telefon Mərkəzinə ümumilikdə 3 950 821 zəng daxil olub, bunlardan 95%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449 337 sayda sorğu daxil olub və bunların 98%-i cavablandırılıb, Premium dəstək xəttinə daxil olan 119 602 müraciətin isə 96%-i cavablandırılıb.

Qeyd edək ki, telefon vasitəsilə daxil olmuş müraciətlərin ortalama cavablama müddəti təxminən 2 dəqiqə təşkil edir ki, bu da çox yüksək göstərici nümunəsidir. “Azercell”in Telefon Mərkəzi üçün 2020-ci ildə müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. “Azercell” şirkətinin il ərzində rəsmi “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” və “LinkedIn” səhifələrindən toplam 134,350 müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Fərqli kanallar vasitəsilə daxil olan müraciətlər əsasən mobil internet xidmətləri, balans barədə məlumat, ödəmə, xidmətlərə qoşulma və s. ilə bağlı olub. Bundan əlavə, 2020-ci il ərzində şirkətin “Ön Masa”, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 949 292 nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində “Azercell” Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət təqdim olunub. Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. “Azercell”in istifadəyə verdiyi “Kabinetim” tətbiqi isə müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub. “Azercell” şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 18295:2017 və ISO 10002:2018 beynəlxalq sertifikatlaşma standartlarına da layiq görülüb. ISO 18295:2017 bilavasitə Müştərilərlə Əlaqə Mərkəzlərinin İdarə edilməsi Sahəsində Beynəlxalq Sertifikat, ISO 10002:2018 isə Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatlardır. “Azercell Telekom” MMC bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu və abunəçi sorğularının çevik və rahat şəkildə cavablandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

Azercell-in Səyyar Müştəri Xidmətləri işini fasiləsiz davam etdirir

26-08-2020

Azercell abunəçilərinin ünvanına özü gedəcək

15-09-2015

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell-in Mobil Müştəri Xidmətləri cəbhəyani bölgələrə gedəcək

27-04-2015

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021

Azercell-dən növbəti uğur

07-09-2017

Azercell 21 yaşını qeyd edib

16-12-2017

Azercell Facebook-da birinci oldu

13-03-2015

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə