Previous Next
Bağla

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022 18:41
3 ay ərzində 1 milyona yaxın sorğu!

Azərbaycanda innovativ, dünya standartlarına uyğun müştəri xidməti sistemi modelini quran və müştəri məmnuniyyətinin artırılmasını hədəfləyən “Azercell Telekom” MMC bu istiqamətdə fəaliyyətini davam etdirir. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən şirkətin yeni məqsədi rahat və innovativ həllər vasitəsilə abunəçilərin həyat keyfiyyətini yaxşılaşdırmağa fokuslanır. Hazırda Azercell müraciətlərin vaxtında və effektiv formada cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin edir.

Xeberler.az bildirir ki, müasir dövrün tələbatına uyğunlaşan və hətta bir addım öndə olaraq ən yeni tendensiyaları tətbiq edən Azercell rəqəmsal kanallar üzərindən göstərdiyi xidmət çeşidinin genişləndirilməsinə xüsusilə diqqət ayırır. Təkcə son 3 ay ərzində şirkətə onlayn kanallar vasitəsilə 250 000-dən çox müraciət daxil olub və bunlardan təxminən 38 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.  

“Azercell Telekom” MMC cari ilin birinci rübü ərzində Əlaqə Mərkəzinə daxil olan zənglərin statistikasını da açıqlayıb. Belə ki, ötən il Azercell-in Əlaqə Mərkəzinə 1 milyona yaxın zəng daxil olub və bu zənglərin 98%-i cavablandırılıb. Bu müraciətlərin təxminən 28 000 -i Azercell Premium dəstək xəttinə, 34 000-i isə Korporativ müştərilərə xidmət göstərən Telefon Mərkəzinə ünvanlandırılıb. Şirkətin Əlaqə Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 93%-dən çox təşkil edib.

Ümumilikdə Telefon Mərkəzinə daxil olmuş müraciətlərin ortalama cavablanma müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Müraciətlərin məzmununa gəlincə, fərqli kanallar vasitəsilə daxil olan sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara aid məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.

Qeyd edək ki, istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” tətbiqi də abunəçi sorğularının həlli istiqamətində atılmış ən böyük addımlardan biridir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və xidmətlərə qoşulmaq da mümkündür.

Azercell Müştəri Xidmətləri sahəsində həyata keçirdiyi yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Bu sahədə ölkəmizdə örnək olan Azercell fəaliyyət dövrü ərzində “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq” sertifikatına, eləcə də “ISO 10004:2018 : Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi üzrə təlimatlar” və “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatlarına layiq görülmüşdür.

Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə əlaqə saxlamaq mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94 faizi ötüb

25-01-2024

"Azercell" müştəri müraciətlərinin operativ cavablandırma sistemini tətbiq edib

22-01-2021

Azercell-in Əlaqə Mərkəzi ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib

14-08-2025

Ötən il Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 95 faizə çatıb

04-04-2025

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

10-07-2024

Azercell Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

28-07-2022

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

Azercell abunəçiləri arasında sorğu keçirib

09-08-2018

Azercell-in Müştəri Məmnuniyyəti göstəricisi son altı ayda 90 faizi keçdi

17-08-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

Azərbaycanın ilk Müştəri Dəstək Xətti - 20 il

02-11-2018

Azercell yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib

16-01-2019

Azercell Müştəri Xidmətləri Gənclik Mall-da

14-06-2016

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

28-12-2018

Azercell yaşlı abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

25-03-2020

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020

Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

04-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə