Previous Next
Bağla

Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

16-09-2021 12:17
Azercell rekord ballı abituriyentlərimizi təbrik etdi

15 sentyabr Bilik Günü ərəfəsində ölkənin lider mobil operatoru “Azercell Telekom”  bu dəfə yenicə tələbə adını qazanmış gənclərimizə yönəlik daha bir sosial təşəbbüslə çıxış edir. Belə ki, 2021-ci il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanları zamanı ən yüksək bal toplayan 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər ali məktəblərə yollanan övladına onların tədris həyatında əsl yardımçıya çevriləcək hədiyyələr təqdim etdi.

Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 nəfər abituriyent Azercell-dən 12 ay müddətində aktiv olacaq GencOl 6 tarifinə qoşulmaq imkanı qazandı. Xatırladaq ki, GəncOl 6 tarixi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, Azercell-in tətbiqlərindən istifadə etmək üçün 3GB və WhatsApp proqramında pulsuz yazışma imkanı qazanır. Bundan əlavə, Respublika üzrə ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladı şirkətdən hədiyyə olaraq 64GB Samsung Galaxy planşetini də hədiyyə aldı. Müxtəlif informasiya resurslarına rahat və operativ çıxış imkanının vacib olduğu bir dövrdə həmin hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.

Qeyd edək ki, “Azercell Telekom” hər il məktəbli və tələbələr üçün zəngin məlumat mənbəyi olan müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə yeni imkanlar təşkil edir, istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir.

44 günlük Vətən müharibəsi zamanı canlarından keçən igid şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir. Yüksək əzmkarlıqla qəbul imtahanlarına hazırlaşaraq ali məktəblərə qəbul olan istedadlı gənclərimizlə qürur duyuruq!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırıb

19-11-2021

“Azercell” imtahanlarda fərqlənən abituriyentləri və şəhid övladlarını sevindiib

15-09-2020

"Azercell" şəhid ailələrinə dəstəyini davam etdirir

21-09-2023

Azercell İT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızları təbrik etdi

23-09-2024

Azercell İT-də ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik edib

29-09-2025

"Azercell" Şəhid övladları və qazilər üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub

08-09-2021

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir!

22-07-2022

Azercell-dən Qarabağda təhsil alan universitet tələbələri üçün xüsusi kampaniya

25-09-2024

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb  

13-07-2022

"Azercell" müharibədə iştirak edən tələbələrə təqaüd ayırıb

11-02-2021

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell tələbələrə dəstək olub

16-10-2017

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

"Azercell" Qələbə münasibətilə abunəçilərinə internet hədiyyə edib

11-12-2020

Azercell Karyera Sərgisində iştirak edib-Foto

03-03-2017

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell RİİB–in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

06-12-2020

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə