“Azercell” şirkəti abonentlərinə hər gün avtomobil qazanmaq şansı yaradır

19-10-2009 / 18:41

“Azercell” şirkəti 70 gün ərzində öz abonentlərinə hər gün avtomobil qazanmaq şansı yaradır. Şirkət 18 oktyabr-26 dekabr 2009-cu il tarixləri arasında “70 günə 70 avtomobil kampaniyası” keçirir. Bu kampaniya çərçivəsində keçirilən lotoreyada 70 gün ərzində hər gün 1 ədəd Nissan Sunny avtomobili oynalınacaq.

Kampaniyanın iştirakçısı olmaq üçün abonent sadəcə 2727 qısa nömrəsi vasitəsilə göstərilən xidmətdən istifadə etməlidir. Bu xidmət vasitəsilə abonent öz telefonuna “divar kağızı” yükləmək üçün həmin nömrəyə qısa mesaj göndərir. Və avtomatik olaraq “70 günə 70 avtomobil” kampaniyasının iştirakçısına çevrilir. Bundan sonra 2727 nömrəsindən abonentə şifrə və internet səhifəsinin ünvanı göndərilir ki, bunların vasitəsilə abonent müvafiq “divar kağızını” telefonuna yükləyə bilər.

2727 nömrəsinə göndərilən SMS-ə görə tarif fakturalı xətt abonentləri 1AZN (ƏDV xaric), fakturasız xətt abonentləri üçün isə 350 kontur təşkil edir.

Kampaniyanın qaliblərini müəyyən etmək üçün “Azercell” bu il oktyabrın 19-dan etibarən hər gün tiraj keçirir. Dekabrın 27-dək 70 Nissan Sunny avtomobilinin sahibini müəyyənləşdirmək üçün 70 tiraj keçiriləcək. Tirajlar hər gün 3-cü mikrorayonda yerləşən “Azercell Ekspres” ofisində keçiriləcək.

Hər tirajda həmin gündən əvvəlki gün ərzində (saat 00:00-dan saat 23:59-a kimi) 2727 nömrəsinə qısa mesaj göndərən hər bir nömrə (fakturalı və fakturasız xətt nömrələri) iştirak edir. Abonent bir gün ərzində 2727 qısa nömrəsinə nə qədər mesaj göndəribsə, onun nömrəsi tirajda o qədər sayda iştirak edəcək. Hər tirajda 1 (bir) ədəd nömrə qalib elan edilir.

Kampaniyanın qalibləri uduşları almaq üçün 2010-cu il mayın 20-dən gec olmayaraq “Azercell”in baş ofisinə müraciət edə bilərlər.

Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə