Previous Next
Bağla

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020 18:27
“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

Kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin 02-06 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Xeberler.az bildirir ki, II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində 04 mart tarixində “Hackathon” müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Müsabiqənin keçirilməsində məqsəd kibertəhlükəsizlik üzrə bacarıqların inkişaf etdirilməsi, sahə üzrə potensial kadrların aşkar edilməsi, gənclər arasında müvafiq sahəyə marağın artırılması və maarifləndirmənin genişləndirilməsindən ibarətdir.

Qeydiyyat 3-5 iştirakçı olmaqla komandalar şəklində həyata keçirilir. Kibertəhlükəsizlik, *nix, proqramlaşdırma (scripting) üzrə baza biliklərinə malik ali və orta ixtisas təhsili məktəblərinin tələbələri müsabiqədə iştirak üçün müraciət edə bilərlər. İştirakçılar parametrləri tapşırığı yerinə yetirməyə müvafiq olan kompüterlərini özləri ilə gətirməlidirlər.

“Hackathon” 12 saat ərzində davam edəcək. İştirakçıların kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə onlara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. I yer üzrə 4000 AZN, II yer üzrə 2000 AZN, III yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən komandalar aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.  Qeydiyyat 29 fevral 2020-ci il saat 23:59-dək davam edəcək.

Müsabiqə 4 mart 2020-ci il tarixində Bakı Ali Neft Məktəbinin kampusunda (Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. "25", Bakı, Azərbaycan) keçiriləcək.

Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSfJwG6OgdHFPzB3b2UBq_F6NAjf
OfO53YmGamkhHqf-p0FpnQ/viewform?usp=sf_link

Müsabiqənin gündəliyi ilə www.cyberweek.az saytından tanış ola bilərsiniz. Qeydiyyat ilə əlaqədar hər hansı çətinlik yaranarsa, aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:

[email protected]
Əlaqə: 1654

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hackathon müsabiqəsinin qalibləri mükafatlandırıldı

15-03-2019

Hackathon müsabiqəsinə start verildi

11-03-2019

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb

01-12-2025

CTF müsabiqəsinə iştirakçıların qeydiyyatı başladı

01-12-2018

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq təlimlərə qeydiyyat başlayıb

21-02-2020

CTF Azərbaycan işə düşməyə hazırlanır

27-11-2018

Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat müddəti uzadılıb

20-09-2022

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

Game Jam müsabiqəsinə qeydiyyat davam edir

15-11-2017

Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının seçim imtahanının I mərhələsi başlanır

06-04-2026

BMU və “Azercell”in təşkilatçılığı ilə “CyberCell Hackathon”u keçiriləcək

04-09-2025

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin keçirəcəyi təlimlərə qeydiyyat başlanıb

18-08-2022

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

CanSat Azərbaycan 2019 müsabiqəsinə qeydiyyat başa çatıb

15-01-2019

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

Azərbaycanda Kibertəhlükəsizlik həftəsi keçiriləcək

04-03-2019

“Sosial yönümlü texnologiyalar’’ müsabiqəsinə qeydiyyat başlayıb

09-02-2022

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025

CYBERO jurnalistləri təlimə dəvət edir

21-05-2018

“TEKNOFEST” çərçivəsində yeni müsabiqəyə start verilib

31-01-2022

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə