“Azerfon” abunəçiləri 4G xidmətlərindən yararlana biləcəkər

09-04-2015 / 14:51

Artıq "Azerfon" abunəçiləri 4G xidmətlərindən yararlana biləcəkər.

4G (4-cü nəsil) texnologiyası abunəçilərə 300 mbps qədər internet sürətindən istifadə etmək imkanı yaradır. Hazırda Azərbaycanda stasionar, mobil, peyk rabitəsi sahəsində dayanıqlı şəbəkələr yaradılıb və bir telefon üzərindən bütün xidmətlərdən istifadəsi realdır.

Qeyd edək ki, mobil operator Azərbaycanda ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq etməklə yanaşı, AZAL təyyarələrində mobil rabitə xidmətlərini istifadəyə verib. Bu yaxınlarda təqdim olunan “Nar Home” istehlakçılara müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən istifadəyə imkan yaradır.

2007-ci ildən fəaliyyət göstərən şirkət daima qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operator müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq xidmətləri təqdim edir. Ötən il şirkətin şəbəkəsində 25 faizlik artım qeydə alınıb. Hazırda "Azerfon" yeni "Nar Garden" brend konsepsiyasına uyğun SİM kartlarını və ödəniş kartlarını satışa çıxarıb və dükanlarının dizaynını yeniləyir. (AZƏRTAC )



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə