Beynəlxalq Nəqliyyat Forumu (BNF) nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.
Qeyd olunub ki, 2022 – 2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5%-ni təşkil edib.
Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.
Hesabatda Azərbaycanın uzunmüddətli investisiya dinamikası da müsbət qiymətləndirilib. Belə ki, 2012 – 2014-cü illərlə müqayisədə 2022 – 2024-cü illərdə nəqliyyat infrastrukturuna investisiyaların ÜDM-də payı 0,6 faiz bəndi artıb. Bu, Azərbaycanın son on ildə nəqliyyat infrastrukturuna yatırımları davamlı şəkildə artıran ölkələrdən biri olduğunu göstərir.
BNF son on ildə dəmir yolu infrastrukturuna yatırılan investisiyaların artımını da təhlil edib. Araşdırmaya görə, 32 ölkədən 20-sində dəmir yoluna ayrılan investisiyaların payı yüksəlib. Azərbaycanın bu sahədəki göstəricisi daha sabit dəyişir.
Araşdırmada vurğulanıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində yeni nəqliyyat infrastrukturuna ehtiyac azaldığı üçün bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payı 1 faizdən aşağıdır. Bunun əksinə olaraq, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir. Genişmiqyaslı nəqliyyat və logistika layihələri, müasir infrastrukturun qurulması təşəbbüsləri beynəlxalq statistik hesabatlarda da əksini tapır.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları