Previous Next
Bağla

Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaqlar

21-07-2026 14:34
Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaqlar

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər abituriyentlər bu ildən inşanı elektron formada kompüterdə yazacaqlar.

Xeberler.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər 24 – 27 iyul (saat 23:59-dək) 2026-cı il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar. Kompüterdə yazı işinin yerinə yetirilməsi abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və beləliklə, ayrılan vaxtdan səmərəli istifadə imkanı yaradacaq. Bu yenilik qiymətləndirmə prosesinin də daha səmərəli təşkilinə imkan yaradacaq, əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər diqqətlərini yalnız işin məzmununa yönəldə biləcəklər.

Əlavə olaraq qeyd edək ki, imtahan müddəti də 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsinə 3 saat vaxt veriləcək.

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

23-07-2022
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017
 Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

21-04-2017
Sabahdan  ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

Sabahdan ali təhsil müəssisələrinə elektron ərizə qəbulu başlayır

31-03-2015
Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022
Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022
Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

Orta ixtisas məktəblərinə və Ali məktəblərin boş qalan yerlərinə internet vasitəsilə sənəd qəbulu başa çatır

11-08-2009
Elektron ərizə qəbulu sistemi aktivləşib

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017
Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

21-05-2015
Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

Orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu başlandı

04-05-2015
DİM: Elektron ərizə qəbulu davam edir

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017
“İmtahana buraxılış vərəqəsi” internetdə

“İmtahana buraxılış vərəqəsi” internetdə

01-07-2010
Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

Qabiliyyət tələb edən ixtisaslara qeydiyyat portal üzərindən aparılır

29-04-2016
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019
Kolleclərə onlayn ixtisas seçimi başladı

Kolleclərə onlayn ixtisas seçimi başladı

08-07-2015
Abituriyentlərin “Elektron ərizə”  qəbulu davam edir

Abituriyentlərin “Elektron ərizə” qəbulu davam edir

20-04-2012
Ödənişsiz onlayn sınaq imtahanı

Ödənişsiz onlayn sınaq imtahanı

04-05-2018
Abituriyentlər elektron ərizələrini doldura bilərlər

Abituriyentlər elektron ərizələrini doldura bilərlər

09-04-2013
Elektron sınaq imtahanları davam edir

Elektron sınaq imtahanları davam edir

30-03-2017
Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

28-07-2022
“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

“İnternet vasitəsilə ixtisas seçimi abituriyentlərin rahatlığı üçündür”

31-07-2009
Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024
Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə