Previous Next
Bağla

Azərkosmos “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başlayıb

11-07-2024 16:17
Azərkosmos “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başlayıb

Azərkosmos “Əşyaların İnterneti” (IoT) ekosisteminə malik texnologiya şirkəti olan “DynaSys Networks” ilə strateji tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində Azərkosmos həm özünün, həm də müştərilərinin peyk rabitə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı əldə edir. Öz növbəsində bu, Azərkosmosa Avropa, Afrika və Yaxın Şərq bölgələrindən olan tərəfdaşlarına “IoT” həlləri vasitəsilə əməliyyat səmərəliliyini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və yeni gəlir mənbələri yaratmaqda dəstək olacaq.

Əməkdaşlıq nəticəsində hər iki tərəf “ağıllı” şəhərlər, kənd təsərrüfatı, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı və biznes proseslər üzrə tətbiq olunan xüsusi “IoT” həllərinin müəyyənləşdirilməsi və inkişafı istiqamətində birgə təşəbbüslər də irəli sürə biləcəklər.

Qeyd edək ki, Azərkosmos və “DynaSys” arasında əməkdaşlıq həm də Yerin müşahidəsi tətbiqlərini əhatə edir.

Azərkosmosun sədr müavini Fuad Aslanov vurğulayıb ki, Azərkosmos xidmət göstərdiyi regionlarda peyk rabitə infrastrukturu üzrə yenilikləri tətbiq etməkdə maraqlıdır. Onun sözlərinə görə, güclü rəqəmsallaşma məqsədi ilə birlikdə “IoT” həlləri üzrə liderlərdən olan “DynaSys” ilə əməkdaşlıq peyk bağlantısından daha geniş çeşiddə xidmətlər təqdim etməyə imkan verəcək.

“DynaSys Networks”un təsisçisi və baş icraçı direktoru Əli Axtar (Ali Akhtar) Azərkosmosla əməkdaşlıqdan məmnun olduğunu bildirib. “Biz Azərkosmosu dəstəkləməyə tam hazırıq, “IoT” ekosistemimiz vasitəsilə onların müştəri bazasının xeyrinə müxtəlif məlumat axınlarını səmərəli istifadə etməkdə birgə səy göstərəcəyik,” – deyə baş icraçı direktor əlavə edib.

Qeyd edək ki, “DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” xidməti aktivləşdirilib

19-03-2025

“Azərkosmos” və “Plan-S” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

25-04-2025

Azərkosmos və “Viasat” peyk xidmətləri üzrə əməkdaşlığa başladı

23-05-2024

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

13-09-2024

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023

Azərkosmos İtaliyanın “Leaf Space” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-07-2022

Azərbaycan nümayəndə heyəti Çində texnoloji tərəfdaşlığı gücləndirir

01-06-2025

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021

“Azərkosmos” və “Wyvern” arasında tərəfdaşlıq qurulub

10-10-2025

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır

09-12-2025

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Neft-qaz infrastrukturunda qəzaları öncədən müəyyən etmək üçün layihə icra olunur

23-02-2022

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

“Azərkosmos”la “Gilat” birgə müqavilə imzaladı

04-12-2014

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə