Previous Next
Bağla

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır

09-12-2025 13:23
Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır

Qırğızıstan rabitə ehtiyacları, fövqəladə halların qarşısının alınması, kənd təsərrüfatının monitorinqi və ekoloji nəzarət üçün Azərbaycan peyklərinin imkanlarından istifadə etməkdə maraqlı olduğunu bildirib.

Xeberler.az məlumat verir ki, ölkənin baş nazirinin müavini - su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakıt Torobayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində "Azərkosmos"da olub.

B.Torobayev "Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanovla danışıqlar aparıb. Tərəflər kosmik texnologiyalar, peyk rabitəsi və rəqəmsal həllər sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

"Qırğız tərəfi Azərbaycan peyklərinin imkanlarından rabitə ehtiyacları, fövqəladə halların qarşısının alınması, kənd təsərrüfatının monitorinqi və ekoloji nəzarət üçün istifadə etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, müasir peyk məlumatlarına çıxış dövlət idarəçiliyinin səmərəliliyini artırmağa və mühüm sosial-iqtisadi layihələri həyata keçirməyə imkan verəcək", - Nazirlər Kabinetinin məlumatında deyilir.

Azərbaycan tərəfi öz peyk sistemlərinin texniki potensialını, o cümlədən məlumatların ötürülməsi, ərazinin monitorinqi və kompleks rəqəmsal xidmətlərin göstərilməsi imkanlarını təqdim edib.

Səfərin yekunları üzrə tərəflər məsləhətləşmələrin davam etdirilməsi və Qırğızıstan üçün vacib sahələrdə peyk texnologiyalarının tətbiqi üzrə konkret layihələrin hazırlanması ilə bağlı razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

25-09-2018

Azərkosmos Kosmik Texnologiyalar konfransında regional əməkdaşlığını gücləndirir

03-04-2026

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

“Azərkosmos” və “Wyvern” arasında tərəfdaşlıq qurulub

10-10-2025

Azərkosmos Azərbaycan Dövlət Aerogeodeziya Müəssisəsi ilə müqavilə imzalayıb

23-10-2015

Azersky peykindən əldə olunan təsvirlərin istifadəsi müzakirə olunub

18-11-2015

İşğaldan azad olunmuş ərazilərdə peyklərdən necə istifadə edilir?

01-12-2022

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

Azərbaycanda Peyk Müşahidə Sistemi yaradılıb

03-01-2019

Azerspace-1 peyki üzərindən “Əşyaların İnterneti” xidməti aktivləşdirilib

19-03-2025

Azərkosmos: Peyk məlumatlarının strateji bitkilər üzrə dəqiqlik göstəriciləri 92-99 faizdir

06-05-2026

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

“Azərkosmos” və Belarus Milli Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

05-11-2021

“Azərkosmos” və “Plan-S” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

25-04-2025

Qazaxıstan və Monqolustan investisiya sazişi imzalayıblar

30-10-2024

“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib

04-03-2025

ABAD-ın fəaliyyəti Malaziyada təqdim olunub

26-07-2019

Amani Abu-Zeyd “Azərkosmos” ASC-yə səfər edib

24-07-2018

Azərkosmos” peyk istehsalına hazırlaşır

21-10-2025

İki dövlət qurumu peykdən çəkiliş üzrə əməkdaşlıq edəcək

25-01-2019

Azərkosmos “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başlayıb

11-07-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə