“Azərkosmos” 39 ölkəyə 3,6 milyon dollarlıq xidmət ixrac edib

02-04-2023 / 00:11

Yanvar-fevral aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) dünyanın 39 ölkəsinə 3,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Xeberler.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın mart sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 80 faizinə bərabər olub.

2023-cü ilin fevral ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Cari ilin iki ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 813,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 698,3 min ABŞ dolları ilə Lüksemburq, 534,1 min ABŞ dolları ilə Fransa, 294,8 min ABŞ dolları ilə BƏƏ və 169,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə