Previous Next
Bağla

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023 12:55
Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Ofisi ilə BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulmasına dair əməkdaşlıq sənədi imzalayıb.

Xeberler.az  bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, qurum “Qlobal Saziş”ə qoşulmaqla kosmik fəaliyyət sahəsində davamlılığı planlaşdırmaq, həyata keçirmək, daxili imkanlarını gücləndirmək və beynəlxalq miqyasda daha geniş biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə öz təcrübəsini bölüşmək imkanı əldə edəcək. Həmçinin "Azərkosmos" ilə BMT arasında təcrübə mübadiləsinin aparılması, "Azərkosmos"un “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi üzrə hesabatı”na dair müzakirələr nəzərdə tutulur.

"Azərkosmos" BMT-nin “Qlobal Saziş”inin iştirakçısı olaraq öz fəaliyyətini 2021-2025-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” də daxil olmaqla, ölkənin davamlı inkişaf prioritetlərinə, “yaşıl” inkişaf istiqamətlərinə, siyasətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq, o cümlədən davamlı inkişafla bağlı 17 hədəf üzrə BMT-nin təcrübəsindən yararlanacaq.

BMT-nin 17 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində kosmik texnologiyaların rolu xüsusi əhəmiyyət kəsb edir. Hazırda kosmik texnologiyaların bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələri üzrə istifadəsi olduqca aktualdır. Bu nöqteyi-nəzərdən kosmik texnologiyaların bu sahələrdə birbaşa və dolayı faydalarını görürük. Məsələn, peykdən alınan təsvir fermerə məhsuldarlığını artırmağa kömək edirsə, bu, birbaşa töhfə və nəticədir. Yoxsulluğun azaldılması kimi daha qlobal bir hədəfə təsir göstərirsə, bu, kənd təsərrüfatının səmərəliliyinin artırılmasına yönəlmiş dolayı təsir hesab olunur. Bir sözlə, dünyanın qarşılaşdığı böyük problemlərin, qlobal çağırışların həllində kosmosun imkanlarından istifadə olunur.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş “Qlobal Saziş” 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. “Qlobal Saziş” üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərinə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell BMT-nin Qlobal Sazişinə qoşulub

01-12-2023

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

20-04-2024

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

18-10-2024

“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib

11-10-2023

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

ABB 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatını açıqladı!

05-06-2024

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

04-07-2022

“Azərkosmos” tərəfindən “Yaşıl siyasət” sənədi qəbul olunub

05-04-2024

BMT-nin Qlobal Sazişinin prinsipləri müzakirə olunub

02-12-2019

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

Azercell-in növbəti ESG tədbiri baş tutdu

11-06-2024

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024

Azərbaycan BMT ilə “yaşıl enerji” layihələri işləyəcək

11-11-2022

Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

19-12-2025

“İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platforması ictimaiyyətə təqdim olunub

05-04-2024

BMT süni intellekt üzrə qlobal dialoqun ilk iclasına hazırlaşır

22-04-2026

Azərbaycan BMT ilə İKT sahəsində əməkdaşlıq edə bilər

19-04-2023

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023

Azərbaycan 76-cı Beynəlxalq Astronavtika Konqresində təmsil olunacaq

15-01-2025

"Azərkosmos" iqlim dəyişikliyi ilə bağlı yeni layihələr üzərində işləyir

04-10-2024

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə