“Azərkosmos” indiyədək 3 peykdən yarım milyard manat qazanıb

09-02-2023 / 22:34

"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 10 il ərzində "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.

Bunu müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov hesab edir ki, "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır:

“Hazırda ölkəmiz "Azerspace-1" və "Azerspace-2" telekommunikasiya, "Azersky" müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yer tutur. Ümumiyyətlə, 10 il ərzində qlobal bazarda peyk xidmətlərinin dəyəri iqtisadi və geosiyasi fəaliyyətlə bağlı olaraq həm artmış, həm də müəyyən azalmalar olub. Bu dəyişikliklər fonunda "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqdadır.

Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib”.

Report


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.