Previous Next
Bağla

İKTA internet xidmətləri üzrə şikayət indeksi hesabatını açıqlayıb

14-04-2026 21:22
İKTA internet xidmətləri üzrə şikayət indeksi hesabatını açıqlayıb

Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi ilə bağlı növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddətinə dair hesabatını dərc edib.

Agentlikdən bildirilib ki, hesabatda 2026-cı ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanan müraciətlər əsasında formalaşan şikayət indeksi və onun dinamikası əks olunub. Eyni zamanda, cari hesabatda 2025-ci ilin IV rübü ilə müqayisə aparılaraq operator və provayderlər üzrə indeks dəyişiklikləri müəyyən edilib.

Qeyd olunub ki, hesabatda yer alan şikayətlərin orta cavablandırılma müddəti 2026-cı ilin I rübündə “E-Şikayət” sisteminə daxil olan müraciətlərin telekommunikasiya operatorları və provayderləri tərəfindən icra müddətini əhatə edir.

İKTA vurğulayıb ki, şikayət indeksinin və cavablandırılma müddəti üzrə hesabatların hazırlanması ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma telekommunikasiya sektorunda real vəziyyətin müəyyənləşdirilməsinə və tənzimləmə prosesinin daha operativ həyata keçirilməsinə imkan yaradır.

Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabr ayında istifadəyə verilib. Bu günədək vətəndaşlar tərəfindən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 12 500-dən artıq müraciət daxil olub.

2024-cü ilin noyabr ayından etibarən isə istifadəçilər “Android” və “iOS” əməliyyat sistemli cihazlar üçün “E-Şikayət” mobil tətbiqini müvafiq olaraq Google Play və App Store platformalarından yükləyə bilirlər. Bu da xidmətin daha əlçatan olmasına və istifadəsinin genişlənməsinə şərait yaradıb.

Agentlik qeyd edib ki, şikayət indeksi və cavablandırılma müddəti ilə bağlı hesabatların hazırlanması davamlı xarakter daşıyacaq və ictimaiyyətə rüblük əsasda təqdim ediləcək. İKTA gələcək fəaliyyətində ictimai iştirakçılıq mexanizmlərindən daha geniş istifadəni strateji prioritetlərdən biri kimi müəyyənləşdirib.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA 2025-ci ilin III rübü üçün şikayət indeksini dərc edib

14-10-2025

İKTA 2025-ci ilin şikayət indeksi üzrə hesabat dərc edib

09-01-2026

İKTA internet xidmətlərindən istifadəsi üzrə hesabatı dərc edib

23-04-2025

İKTA 2025-ci ilin II rübü üçün şikayət indeksini dərc edib

29-08-2025

İKTA telekommunikasiyadan istifadə üzrə şikayət indeksini dərc edib

19-12-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026

İKTA ötən ilin 4-cü rübü üzrə şikayət indeksini dərc edib

24-01-2025

Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlanıb

19-12-2024

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

27-11-2024

“E-Şikayət”ə I yarımildə 3 minə yaxın müraciət daxil olub

17-07-2025

İKTA: “E-Şikayət” provayderlər üzrə xidmət keyfiyyətini müqayisə edir

29-01-2026

“E-Şikayət” platformasına daxil olan şikayətlər açıqlanıb

18-04-2025

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

30-04-2024

“E-Şikayət” sistemi üzərindən daxil olmuş müraciətlərin sayı 1300-ü ötüb

14-08-2024

Noyabrda “E-Şikayət” platformasına 484 müraciət daxil olub

19-12-2025

Son 4 ayda “E-Şikayət” platformasına 2 585 müraciət daxil olub

18-05-2026

Son 1 ildə “E-Şikayət” sisteminə 3700-dən çox şikayət daxil olub

16-12-2024

8 ay ərzində “E-Şikayət” sisteminə 4 mindən artıq müraciət daxil olub

30-09-2025

“E-Şikayət” sisteminə müraciətlər artmaqdadır

15-01-2024

İKT sektorunun tənzimləyici qurumu yeni şikayət sistemi yaradıb

15-11-2023

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA 2023-cü il üzrə hesabatını açıqlayıb

09-04-2024

Telekommunikasiyanın fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir

18-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə