Previous Next
Bağla

İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

15-04-2026 08:52
İKTA: 3 ayda radio avadanlıqları üzrə 226 müraciətə baxılıb

Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2026-cı ilin yanvar–mart ayları üzrə fəaliyyət göstəricilərini açıqlayıb.

Xeberler.az məlumat verir ki, bu barədə Agentlikdən bildirilib.

Hesabat dövründə hüquqi və fiziki şəxslər tərəfindən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə ümumilikdə 226 müraciət daxil olub. Bu müraciətlər üzrə 7 694 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baxılmış müraciətlər əsasında 2 522 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib. Eyni zamanda, 83 ədəd avadanlıq üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq icazənin verilməsindən imtina edilib və müraciətçilərə səbəblər ətraflı izah olunub.

Bununla yanaşı, 3 müraciət üzrə aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, idxal olunan 5 091 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb olunmur. Bu barədə müraciətçilərə və aidiyyəti qurumlara məlumat verilib.

Həmçinin 3 hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 157 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğvi barədə qərar qəbul olunub.

Agentlik qeyd edib ki, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi istiqamətində inzibati tədbirlər davam etdirilir.

Xatırladılıb ki, 2024-cü ilin mart ayından etibarən İKTA tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verilib. Bu xidmət müraciətlərin daha operativ və səmərəli cavablandırılmasına şərait yaradır.

Bundan əlavə, 2026-cı ilin ilk rübündə “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən sürətli poçt xidməti ilə bağlı 50 müraciət üzrə təqdim olunan sənədlər qiymətləndirilib. Nəticədə 45 ünvanda xidmətin göstərilməsinə müsbət rəy verilib, 5 müraciət isə mənfi qiymətləndirilib.

İKTA telekommunikasiya və poçt rabitəsi sahələrinin inkişafı istiqamətində fəaliyyətini qanunvericiliyə uyğun şəkildə davam etdirəcəyini bildirib.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İKTA: 4 ayda radio avadanlıqları ilə bağlı 350 müraciət daxil olub

05-05-2026

Ötən il İKTA tərəfindən 41 minə yaxın avadanlığa icazə sənədi verilib

17-01-2025

Bu ilin I rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib

02-05-2025

Bu ilin aprel-sentyabr aylarında 30 minə yaxın avadanlığa icazə sənədinin verilməsi təmin edilib

17-10-2024

İKTA: 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib

26-01-2026

Bu ilin 11 ayında 116 min avadanlığın idxalına icazə verilib

09-12-2025

Verilən xüsusi icazələrin sayı açıqlanıb

20-06-2024

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

“Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib

11-07-2025

İKTA yeni elektron hesabatlılıq sistemini işə salıb

25-06-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

3786 ədəd mobil nömrə daşınıb

21-04-2015

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

İKTA beynəlxalq onlayn sifarişlər edən vətəndaşlara müraciət edib

19-03-2026

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

İKTA poçt göndərişləri ilə bağlı xəbərdarlıq edib

30-04-2026

İcazələr aktivləşdirilib

07-07-2020

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

İKTA poçt xidmətləri üzrə şikayət hesabatını dərc edib

13-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə