Previous Next
Bağla

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

16-04-2026 13:29
Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi (RDMİS) dövlət maliyyəsinin idarə olunmasında şəffaflıq və operativliyi təmin edən əsas rəqəmsal alətlərdən biri kimi fəaliyyətə başlayıb (www.rdmis.gov.az).

Xeberler.az Maliyyə Nazirliyinə istinadən məlumat verir ki, RDMİS vasitəsilə büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu və digər maliyyə prosesləri inteqrasiya olunmuş şəkildə idarə olunacaq. Bu yanaşma müxtəlif istiqamətlər üzrə məlumatların vahid platformada birləşdirilməsinə və dövlət qurumları arasında koordinasiyanın daha səmərəli təşkilinə imkan yaradır.

Dövlət maliyyəsində şəffaflığın artırılmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və hesabatlılığın yüksəldilməsinə xidmət edən sistem Maliyyə Nazirliyinin bütün informasiya sistemlərinə vahid mərkəzdən daxilolma və idarəetmə imkanını təmin edir. Eyni zamanda, məlumatların mərkəzləşdirilmiş bazada toplanması və real vaxt rejimində maliyyə göstəricilərinə çıxış imkanları qərarların daha dəqiq, operativ və analitik əsaslarla qəbul edilməsinə şərait yaradacaq.

RDMİS "Büdcə məlumatlarını idarəetmə", "Dövlət maliyyə nəzarəti", "Dövlət proqramlarının və investisiya xərclərinin maliyyələşdirilməsi", "Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi", "Dövlət müəssisələrinin rəqəmsal monitorinqi", "e-azadolma", "e-müqavilə", "e-mühasibat", "e-rüsum", "e-mədaxil", "Elektron ciddi hesabat blankları", "Xəzinədarlığın rəqəmsal idarə edilməsi" və "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemləri daxil olmaqla, ümumilikdə 13 altsistemdən ibarətdir.

Aprelin 10-dan RDMİS-nin "e-müqavilə" altsistemi istifadəyə verilib. Dövlət satınalmalarının şəffaf, operativ və səmərəli təşkilini təmin edən sistem büdcə təşkilatları tərəfindən mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsini həyata keçirir.

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə ölkə Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə təsdiq edilib.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

10-04-2026

Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib

15-05-2026

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması yekunlaşır

06-11-2025

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

“e-müqavilə” altsistemi üzrə təlimlərə başlanıb

07-04-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılacaq

02-03-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

20-02-2026

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026

“Rəqəmsal dövlət maliyyəsi” ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib

02-02-2026

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

27-02-2026

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025

BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub

09-12-2025

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025

"e-mühasibat" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-09-2025

"E-rüsum” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

01-04-2025

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

26-05-2026

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

24-06-2025

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025

İri dövlət şirkətləri vahid məlumat bazasında birləşdirilir

17-09-2019

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

00-00-0000

Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

12-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə