“Azərkosmos” ASC Koronavirus pandemiyasının davam etdiyi müddətdə “Evdə qal, elmdən və təhsildən qalma!” adlı təşəbbüsü ilə kosmosu və digər aktual mövzuları əhatə edən vebinarlara start verib.
Xeberler.az bildirir ki, “Azərkosmos” bu barədə məlumat yayımlayıb
Məlumata görə, vebinarlar pandemiya ilə əlaqədar məktəbli və tələbələrin evdə qaldıqları müddət ərzində vaxtlarını səmərəli və faydalı keçirmələri üçün “Azərkosmos”un heyəti tərəfindən təqdim olunur.
Qeyd edilir ki, bu gündən etibarən başlayan “Peyklərin növləri və xüsusiyyətləri, Peyk altsistemləri” mövzusundakı ilk vebinar interaktiv formada keçib.Növbəti günlərdə “Azərkosmos” tərəfindən təqdim olunacaq vebinarlar aşağıdakı mövzuları və auditoriyanı əhatə edəcək:
“Kosmosda insan” (Məktəblilər üçün), 23 aprel, saat 15:00-16:30 ;
“Davranış iqtisadiyyatı: davranışı başa düşmək və formalaşdırmaq” (Tələbələr üçün), 27 aprel saat 14:30-16:00;
“Orbitlər və peyklər” (Məktəbli və tələbələr üçün), 29 aprel, saat 11:00-12:30;
“Kosmik fatehlər” (Məktəblilər üçün) 1 may, saat 15:00-16:00.
Həmçinin bildilir ki, siyahıda qeyd edilmiş vebinarlar barədə “Azərkosmos”un Facebook və Linkedin səhifələrində əvvəlcədən elan olunacaq. Bütün vebinarlar Azərbaycan dilində Zoom platforması üzərindən keçiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri