“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025 / 11:04

“Azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.

“Bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə Yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. Biz, həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən Türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk”, - deyə D.Bədirxanov bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə