Previous Next
Bağla

Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

13-10-2018 09:52
Azərkosmos ASC-nin nümayəndələri AzTU-da tələbələrlə görüşüblər

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Azərkosmos” Açıq Səhimdar Cəmiyyətinin məsul nümayəndələri ilə Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin görüşü keçirilib.

Xeberler.az  məlumat verir ki , görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı var. 

Çıxışında prorektor “Azərkosmos” ASC-nin universitetlə əməkdaşlığından və bu görüşün əhəmiyyətindən danışaraq qeyd edib ki, davam edən əməkdaşlığımız gələcəkdə böyük uğurlara imza atacaq.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərkosmos” ASC-nin ali təhsil müəssisələri ilə olan əməkdaşlığından danışıb və tələbələrlə görüşə yaradılan şəraitə görə AzTU rəhbərliyinə təşəkkür edib.

Sonda “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov orbitə buraxılan Azərbaycanın 2-ci peyki “Azerspace-2” haqqında tələbələrə geniş məlumat verib. Dunay Bədirxanov “Azerspace-2” peykinin təyinatından, diapazonundan, həmçinin ölkəmizə faydasından danışıb. 

Telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsindən danışan Dunay Bədirxanov Azərbaycanda peyk xidmətləri sahəsində elmi-tədqiqatların aparılması nəticəsində əldə olunan nailiyyətləri də qeyd edib.

Sonda tələbələri maraqlandıran bütün salları Dunay Bədirxanov ətraflı cavablandırıb.  Görüşdə “Azərkosmos”un nümayəndələri AzTU-ya simvolik olaraq peyk maketi təqdim ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

"Azərkosmos"da işləyənlərinin 33 %-i qadınlardır

27-04-2023

Azərkosmos nizamnamə kapitalını artırır

08-08-2019

“Azersky 2” peykini ilk böyük peyk layihəsi kimi həyata keçirməyi planlayırıq

04-03-2025

Belarusun rəsmiləri “Azərkosmos”da - Fotolar

02-04-2015

Sədr müavini: “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib

27-11-2024

Azərbaycanın ikinci peykinin layihələndirilməsi üzrə işlərə başlanıb

22-02-2016

Azerspace-2 peyki orbitə neçəyə buraxılacaq?

19-09-2018

“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib

04-03-2025

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

Azərbaycanın ikinci peykinin buraxılış vaxtı açıqlanıb

05-01-2017

"Azersky-2" peyki proqramının icrası cədvəl üzrə davam edir

03-12-2025

“Azərkosmos”a səfər

11-10-2018

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019

Azərbaycan və Qazaxıstan mütəxəssisləri birgə layihələr hazırlayacaq

20-10-2015

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

24-04-2025

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016

Azərkosmos-a 2 sədr müavini təyin edilib

11-06-2018

“Azərkosmos” ASC-nin yaradılması istiqamətində intensiv işlər görülür

18-05-2010

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

Azərbaycan və Türkiyə kosmik tədqiqatlarda əməkdaşlıq edəcək

21-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə