Previous Next
Bağla

Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

29-04-2022 23:46
Azərkosmosun sədr müavini Dunay Bədirxanov gənc kosmik lider seçilib

Bakı, 29 aprel 2022 – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kosmik Agentliyi – Azərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov Beynəlxalq Astronavtika Federasiyasının “Gənc kosmik liderlərin tanıtım proqramı”nın (Young Space Leaders Recognition Program) dünya üzrə səkkiz üzvündən biri seçilib.  

Xeberler.az bildirir ki, proqram üzvləri akademik karyeralarında kosmik sahə üzrə müstəsna töhfələri olan gənclər arasından seçilir. Həmin liderlər, həmçinin tələbə və gənc mütəxəssislərə öz bilik və təcrübəsini ötürür, beynəlxalq kosmik sahədə fəaliyyətləri ilə fərqlənirlər.

Azərbaycan təmsilçisi ilə yanaşı, ABŞ-ın “Virgin Galactic” şirkətinin hökumət və tədqiqat işləri üzrə vitse-prezidenti Sirişa Bandla, Türkiyənin “DeltaV Space Technologies Inc.” şirkətinin baş mühəndisi Ozan Kara, Kanada Kosmik Agentliyinin üzvü Mariam Naseem, Lüksemburq Universitetinin kosmik qanun üzrə doktorantı Antonino Salmeri, Kosmik hüquq və siyasət üzrə müstəqil ekspert Ruvimbo Samanqa, “Dünya Kosmos Həftəsi” layihəsinin rəhbəri Maruska Strah və “Kosmik Nəsil Məsləhət Şurası”nın sədri Antoni Yuen gənc kosmik liderlər sırasındadır.

“Gənc kosmik liderlərin tanıtım proqramı”nın əsas məqsədi seçilmiş liderlərin ictimaiyyət arasında kosmosa dair təbliğat işləri aparması, Beynəlxalq Astronavtika Federasiyasının komitələrinin işinə töhfə verməsində birbaşa iştirak etməkdir. Eyni zamanda həmin gənclərin beynəlxalq plenar iclas və kosmos sahəsinə aid qlobal tədbirlərə fəal şəkildə qatılmalarına, bilik və təcrübə mübadiləsinə dəstək veriləcək.

Qeyd edək ki, Dunay Bədirxanov artıq 11 ildən çoxdur ki, Azərkosmosda çalışır. O, 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi üzrə Beynəlxalq Proqram Komitəsinin həmsədridir. Dunay Bədirxanov əmək fəaliyyəti dövründə Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” peyklərinin orbitə çıxarılması üzrə məsul vəzifələrdə, o cümlədən “Azerspace-2” peyk layihəsinin proqram meneceri olub.

Azərbaycan federasiyasının “Tanıtım” proqramında təmsil olunması ölkədə kosmos sahəsində fəaliyyət göstərən və marağı olan gənclər üçün uğurlu yol açacaq.

“Gənc kosmik liderlərin tanıtım proqramı” və üzvlər haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

https://www.iafastro.org/news/the-2021-iaf-young-space-leaders.html

Xatırladaq ki, artıq 71 ildir fəaliyyət göstərən Beynəlxalq Astronavtika Federasiyasının 72 ölkədən 433 üzvü var. Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos 2018-ci ildən federasiyanın fəal üzvüdür və 2023-cü ildə Bakı şəhəri kosmik sahənin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

 

Azərkosmos haqqında

Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə Azərkosmos 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com   internet səhifəsindən ala bilərsiniz.  

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Parisdə Azərkosmos-un təqdimatı keçirilib

28-03-2019

“Azərkosmos”a səfər

11-10-2018

Türkiyənin Kosmik Agentliyinin rəhbəri “Azərkosmos”da olub

18-02-2021

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

Azərkosmosun gənc mütəxəssisi “Launchpad” mentorluq proqramının qaliblərindən olub

23-02-2022

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

Təhsil Nazirliyi Azərkosmos ilə birgə müsabiqə elan edir

21-12-2018

Afrikanın televiziya və radio kanalları “Azerspace-2” peykinin resurslarından istifadə edəcək

25-02-2021

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Azərkosmos ASC-də qanvermə aksiyası keçirilib

22-11-2018

“TRT World” kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

18-11-2020

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

“Azərkosmos”un mütəxəssisinin məqaləsi “Springer” nəşrində dərc edilib

23-07-2020

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

CanSat Azərbaycan 2018 müsabiqəsi başa çatıb

01-10-2018

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Azersky təsvirini əks elətdirəcək müsabiqə başa çatdı

19-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə