Previous Next
Bağla

"Azərpoçt" “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib

01-04-2013 15:12
"Azərpoçt" “İndeks və ünvanların axtarışı” məlumat bazasını istifadəyə verib
"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti yeni elektron məlumat bazasını formalaşdıraraq cəmiyyətin istifadəsinə təqdim edib. Bu barədə "xeberler.az" saytına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
«İndeks və ünvanların axtarışı» adlanan bazanın artıq "Azərpoçt"un rəsmi internet səhifəsində (www.azerpost.az) yerləşdirildiyini vurğulayan N.Məmmədovun sözlərinə görə, burada əsas məqsəd poçt məktubların göndərişində ünvanların və indekslərin düzgün yazılmasını təmin etməkdir. Onun sözlərinə görə, əvvəllər bir çox hallarda vətəndaşlar indeksləri səhv yazırdı və bunun nəticəsində də məktublar təyinatı üzrə deyil, başqa yerlərə gedirdi:
«Bəzən indeks səhv yazılırdı və indeksə görə ünvan dəyişik düşürdü. Beləliklə də məktub 2 gün ərzində ünvanına yetişməli olduğu halda həftələrlə yubanırdı. Bu gün Azərbaycanda dövriyyədə olan məktubların 80-85 faizi hüquqi şəxslər tərəfindən göndərilir. Hüquqi şəxslər də ünvanlar, indekslərlə bağlı dəqiqləşmələr aparmaqda çətinlik çəkirdilər. Doğrudur, müəyyən vaxt itkisi ilə, sorğu-suallarla indeksləri öyrənə bilirdilər. Lakin bəzən bu indekslər də səhv olurdu. Yəni dolayısı ilə yeni yaradılan sistem hər bir insana imkan verir ki, Azərbaycan Respublikası ərazisində hazırda fəaliyyət göstərən poçt filialları üzrə onun yerləşdiyi ünvanlar, onun tabeliyindəki poçt şöbələri, poçt şöbələrinin düzgün indeksləri üzrə zəruri məlumatları əldə edə bilsin və məktubları göndərməmişdən qabaq bu sistemdən dəqiq məlumatlardan istifadə etməklə zərflərin üstünü düzgün doldursun. Zərflər düzgün doldurulduqda da məktublar ünvanı üzrə dəqiq gedir və vaxtında da yetişir».
Sözügedən məlumat axtarış sisteminin çox sadə olduğunu önə çəkən N.Məmmədov deyib ki, sözügedən baza "Azərpoçt"un saytında «elektron xidmətlər» bölməsinin aşağısında yerləşdirilib. Onun sözlərinə görə, bazaya daxil olduqdan sonra Azərbaycanın elektron xəritəsi açılır: «Burada şəhər və küçə üzrə axtarış etmək mümkündür. Yəni əgər göndərdiyiniz ünvanın, küçənin adını bilirsinizsə, bu zaman onu qeyd etməklə indeksi əldə etmək mümkündür. Yeri gəlmişkən, onu da qeyd edək ki, küçənin adını bilmədiyiniz zaman da belə, indeksi tapmaq mümkündür. Yəni bu bazadakı elektron xəritəni yaxınlaşdırmaqda, küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür.
Beləliklə şəhərin adını, küçəni qeyd etdikdən sonra, avtomatik olaraq ünvanlar açılır və «siçan»ı bu ünvan nömrələrinin üzərinə vurmaqla indeksi öyrənmək olur.
Eyni zamanda elektron xəritədə avtomatik olaraq axtarılan ünvan göstərilir. Burada əsas məqsəd odur ki, bizim poçt xidmətindən istifadə edən istər hüquqi şəxslər, istərsə də fiziki şəxslər zərfləri göndərişə hazırlayarkən bu məlumatlardan istifadə edərək düzgün ünvan və indeksi göstərə bilsinlər.
Adətən poçt şöbələri məktubları ünvana görə deyil, indeksə görə çeşidləyir. Dünyanın hər bir yerində belədir. İndeksə görə çeşidləmə aparmaq daha rahatdır. Çünki bir poçt şöbəsinin ərazisində 10 küçə ola bilər. Bakı şəhərində 130 poçt şöbəsi var. Onların hərəsinin 10 küçəsinin hamısını da çeşidləyici yadda saxlaya bilməz. Amma indeksi yadda saxlamaq çətin deyil. İndeks həmin poçt şöbəsinin xidmət etdiyi ərazinin göstəricisidir.
Məsələn, AZ 1000. Bu zaman çeşidləyici AZ 1000 indeksinə aid olan məktubları seçir. AZ 1000-in özünün içərisində indeks üzrə küçələr də tapılır, qeyd olunur və həmin məktub rahatlıqla ünvanına çatdırılır».
Sözügedən baza haqqında cəmiyyətin məlumatlandırılmasının vacib olduğunu vurğulayan N.Məmmədov onu da əlavə edib ki, "Azərpoçt" bu məlumatı vətəndaşlara tam ödənişsiz formada təqdim edir:
«Bu xidmət insanlarımızın birbaşa rahatlığına, eyni zamanda poçt işçilərinin rahatlığına xidmət edir. Yəni istifadəçilər vaxt itirmədən, ora-bura getmədən mənzillərində, öz kabinetlərində əyləşərək indeksi öyrənə bilərlər, həm də vətəndaşlar əvvəlki kimi poçt işçilərinin vaxtını almadan, onlara əlavə sual vermədən istədiyi məlumatı əldə edə bilirlər. Əslində poçt işçisinin birbaşa vəzifəsi deyil ki, hər kəsə göndərdiyi məktub üçün indeksi öyrənib söyləsin. Amma ümumi işin xətrinə müraciət daxil olanda onları izah edirdi. Lakin belə olanda da poçt işçisi əlavə vaxt itirirdi. Amma bu cür baza istifadəyə verildikdən sonra daha istifadəçilərin poçta gəlib indeks öyrənməsinə ehtiyac qalmır. İndi poçt işçisinə şübhəli olan indeksləri də bu bazadan dəqiqləşdirə bilir».
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

Azərbaycanda poçt tarifləri artırılır?

01-12-2010

Azərbaycanın dövlət poçt rabitəsi operatorları "Western Union"a qoşulacaqlar

17-02-2011

«Azərpoçt» bölgələrdə yeni poçt şöbələri açır

06-05-2009

“Azərpoçt” bayramda da işləyəcək

16-03-2011

Bu ilin sonunadək Azərbaycanın bölgələrində yeni poçt şöbələri açılacaq

21-12-2010

“Azərpoçt” yeni poçt obyektlərini istifadəyə verəcək

01-10-2009

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

Samux rayonunda yeni poçt şöbəsi açılacaq

07-03-2011

Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

26-11-2010

Lerik, Gədəbəy, Ağsu və Yevlax rayonlarında yeni poçt şöbələri açıldı

27-12-2010

Kürdəmir və Saatlıda yeni poçt şöbələri istifadəyə verilib

22-02-2011

Türkiyədə bütün vətəndaşlara elektron ünvanlar veriləcək

25-12-2009

Gəncədə bu il 4 yeni poçt binası tikiləcək

27-03-2009

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2009

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

“Azərpoçt” bayram günlərində fasiləsiz xidmət göstərəcək

19-03-2009

“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

09-10-2009

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

Azərpoçt-dan yeni xidmət

10-02-2009

“Azərpoçt”un “Qaynar xətt”inə 60 müraciət daxil olub

16-03-2009

Elektron ticarət vasitəsilə ölkəyə gətirilən mallara vergi güzəştləri tətbiq edilib

27-01-2014

Elektron ticarət edənlərə güzəştlər edildi

12-12-2013

Ümumdünya Poçt İttifaqının baş direktoru Azərbaycanın poçt administrasiyasına məktub göndərib

10-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə