Previous Next
Bağla

Elektron ticarət edənlərə güzəştlər edildi

12-12-2013 11:46
Elektron ticarət edənlərə güzəştlər edildi
Son vaxtlar ölkə əhalisinin internet üzərindən alış-verişə  olan marağının xeyli dərəcədə yüksəlməsi elektron ticarət əsasında ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinin  həcminin artması ilə nəticələnib. Sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin  diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın rahatlığının  təmin edilməsi və  maddi maraqlarının qorunması istiqamətində  Azərbaycan Hökuməti tərəfindən mühüm addım atılıb.
Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük qaydaları yenidən işlənib. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" təsdiq edilib.
 
Yeni qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər.
 
Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcəkdir. Bundan  əvvəlki qaydalara görə isə,  gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb. Bu qərar artıq cari ilin noyabr ayının 27-dən qüvvəyə minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün yaratdığı bu imkanlar barəsində məlumatlarının artması alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.
 
Bununla yanaşı, yeni qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha  geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq.
 
Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də "Azərpoçt" MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir.  Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni "SMS-bildiriş" xidmətinin tətbiqinə başlanılıb.
 
Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.
 
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib. 
ictnews.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarət vasitəsilə ölkəyə gətirilən mallara vergi güzəştləri tətbiq edilib

27-01-2014

Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır

24-05-2015

Ölkəyə gətirilən mobil telefonların gömrük rüsumunun hesablanma qaydası açıqlanıb

02-02-2026

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

18-06-2013

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

10 min dollarlıq malın gömrük rüsumsuz ölkəyə gətirilməsi ləğv olundu

13-01-2016

10 min dollar məbləğində malı gömrük rüsumsuz ölkəyə gətirə biləcəksiniz

22-10-2015

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

“Nar Mobile” “GoldenPay” şirkəti vasitəsilə onlayn-ödəmə xidmətini təqdim edib

04-07-2009

Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

21-12-2009

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

Azərbaycanın “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib

14-04-2014

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009

“Instagram”ın dəyəri 35 milyard təşkil edib

22-12-2014

Dövlət Gömrük Komitəsinin İT avadanlıq və proqram təminatı ilə təchiz edilməsi üçün tender keçirilir

27-10-2009

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Displey bazarının həcmi azalacaq

03-11-2013

Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama verib

24-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə