“Azərpoçt” 20 Yanvarda növbəli iş rejimində işləyəcək

19-01-2026 / 18:18

“Azərpoçt” MMC yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq poçt şöbələrində növbəli iş rejimi tətbiq edəcək.

Xeberler.az “Azərpoçt”a istinadən məlumat verir ki, yanvarın 20-də respublika üzrə fəaliyyət göstərəcək poçt şöbələrinin və PUDO (təhvil-təslim) məntəqələrinin siyahısını diqqətinizə çatdırırıq.

Poçt məntəqələrinin iş qrafiki:

• Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi; 09:00-18:00

• Bakı şəhəri, AZ1002, AZ1040, AZ1063 indeksli poçt şöbələri; 10:00-17:00

• Bakı şəhəri AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; 09:00-17:00

• Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi; 09:00-17:00

• Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri; 10:00-17:00

• AZ1039, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-17:00

• AZ1017, AZ1047, AZ1104, AZ1111, AZ1123, indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-21:00

Qeyd edək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə