Previous Next
Bağla

Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

28-09-2018 17:23
Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

"Vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da “Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır".

Xeberler.az  Modern.az-a istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etməsi məsələsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, xüsusilə "Azərpoçt"un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəlirik:

"Bakıda fəaliyyət göstərən "Azərpoçt" bizə bu işdə yardımçı olur. Lakin məsələ bölgələrdən gedir. Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır. Poçt şöbəsində məsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiz. Onu da qeyd edim ki, poçt şöbəsinə göndərilən bağlama geri qaytarılmır. Lakin araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil. Çünki, biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirir ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan onların xəbəri yoxdur. Amma faktiki olaraq sənədin alıcısının poçtda o olduğu göstərilir. Deməli poçt şöbələrində bu prosedura maraqlı olan hansısa dairələr var. Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o məlum deyil. Biz də öz növbəmizdə bu istiqamətdə ciddi araşdırmalar aparırıq. Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin də kimliyi açıqlanacaq. Hazırda bu prosesin nəticələri haqqında söz söyləmək tezdir. Məsələnin yekun nəticələri media ilə paylaşılacaq". 
 
Qeyd edək ki, açıqlamaya əlavə olaraq Dövlət Gömrük Komitəsi bildirir ki, hər bir fakt üzrə araşdırmalar aparılır. Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək.
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərpoçtdan Gömrük Komitəsinin açıqlamasına reaksiya

Azərpoçtdan Gömrük Komitəsinin açıqlamasına reaksiya

29-09-2018
Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

Ekspertdən təklif: Əsgərlərə göndərilən bağlamalar pulsuz daşınsın

01-10-2020
Ekspert Azərpoçta qarşı ittihamla bağlı  açıqlama verdi

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018
Ekspert: Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır

Ekspert: Regionların bəzi poçtlarında vəziyyət buradan qat-qat yaxşıdır

28-03-2019
Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

Xaricdən telefon sifariş verənlər niyə növbə gözləyir? – RƏSMİ AÇIQLAMA

12-09-2018
Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

11-01-2019
Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

07-01-2020
İndiyədək Azərpoçt-da 1272 itirilmiş sənəd qəbul olunub

İndiyədək Azərpoçt-da 1272 itirilmiş sənəd qəbul olunub

08-04-2019
İndiyədək “Azərpoçt”da 1385 itirilmiş sənəd qəbul olunub

İndiyədək “Azərpoçt”da 1385 itirilmiş sənəd qəbul olunub

01-07-2019
Poçtap sayəsində 1142 sənəd aidiyyəti üzrə təhvil verilib

Poçtap sayəsində 1142 sənəd aidiyyəti üzrə təhvil verilib

04-02-2019
Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

11-03-2019
İndiyədək “Poçtap” sayəsində 528 sənəd tapılaraq sahibinə qaytarılıb

İndiyədək “Poçtap” sayəsində 528 sənəd tapılaraq sahibinə qaytarılıb

04-04-2020
Poçtap xidmətinə 1407 sənəd daxil olub

Poçtap xidmətinə 1407 sənəd daxil olub

14-08-2019
Türkiyədən gətirtdiyimiz 10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş etmişik

Türkiyədən gətirtdiyimiz 10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş etmişik

11-02-2019
Onlayn sifariş verilən mobil telefonlar ölkəyə buraxılmır

Onlayn sifariş verilən mobil telefonlar ölkəyə buraxılmır

05-07-2018
Azərpoçt bu günə qədər 500-ə yaxın itmiş sənədi sahibinə çatdırıb

Azərpoçt bu günə qədər 500-ə yaxın itmiş sənədi sahibinə çatdırıb

03-02-2020
Poçtap xidməti ilə 500-ə yaxın itmiş sənəd sahibinə çatdırılıb

Poçtap xidməti ilə 500-ə yaxın itmiş sənəd sahibinə çatdırılıb

02-10-2019
DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

20-08-2016
Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

Ekspert : DGK Azərpoçtu günahlandırmışdı, problem özlərindəymiş

08-01-2019
Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

Şuşaya müxtəlif şəxslərin adına biletlərin alınması halı aşkar edilib

06-05-2022
Nömrəni başqa şəxsin adına necə keçirək?

Nömrəni başqa şəxsin adına necə keçirək?

28-09-2017
 Azərpoçt-un ofisindən içərisində pul olan seyf oğurlanıb

Azərpoçt-un ofisindən içərisində pul olan seyf oğurlanıb

28-04-2016
“Telefonlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq”

“Telefonlaşdırılmamış yaşayış məntəqəsi qalmayacaq”

19-06-2015
Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə