Previous Next
Bağla

Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

11-03-2019 17:09
Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

“Azərpoçt” MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən “Poçtap” xidməti sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib.

Xeberler.az  bildirir ki, “Poçtap” xidməti artıq 2 ildir sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu günə qədər “Azərpoçt”un filial və şöbələrində 1224 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 392, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 819-dur.

Hazırda poçt filialları və şöbələrində 13 sənəd sahibini gözləyir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə, aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

Sənədini itirən şəxs “Poçtap” xidmətinin www.pochtap.az internet səhifəsindən, “169” saylı Çağrı mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə, tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər. Belə ki, http://www.pochtap.azinternet səhifəsində “Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək, itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı “Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün “Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş “169” Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər.

“Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət rüsumu ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Vətəndaş sənədinin öz istəyi ilə hansısa ünvana çatdırılmasını istəyirsə, bu zaman rüsum “Azərekspresspoçt”un xidmət tariflərinə uyğun hesablanır.

Qeyd edək ki, “Poçtap” sosial layihəsi 2017-ci il martın 2-dən vətəndaşların təsadüfən tapdığı itirilmiş sənədləri qəbul edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Poçtap sayəsində 1142 sənəd aidiyyəti üzrə təhvil verilib

04-02-2019

İndiyədək Azərpoçt-da 1272 itirilmiş sənəd qəbul olunub

08-04-2019

İndiyədək “Azərpoçt”da 1385 itirilmiş sənəd qəbul olunub

01-07-2019

İndiyədək “Poçtap” sayəsində 528 sənəd tapılaraq sahibinə qaytarılıb

04-04-2020

Poçtap xidmətinə 1407 sənəd daxil olub

14-08-2019

Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

07-01-2020

Poçtap xidməti ilə 500-ə yaxın itmiş sənəd sahibinə çatdırılıb

02-10-2019

Azərpoçt bu günə qədər 500-ə yaxın itmiş sənədi sahibinə çatdırıb

03-02-2020

Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

11-01-2019

İtirilmiş sənədləri necə tapmaq olar? - Poçtap

02-03-2017

5 qurum itirilmiş sənədlərin tapılmasına dəstək göstərəcək

14-03-2017

1084 itirilmiş sənəd tapılıb

06-11-2018

Azərpoçt-un Poçtap sistemində 1000 itirilmiş sənəd qeydiyyata alınıb

03-10-2018

Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017

481 itmiş sənəd tapılıb

23-10-2017

Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

10-05-2018

Azərpoçt-dan yeni xidmət

03-11-2016

ASAN xidmət tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başladı

03-03-2016

Yerli startap nümunəsi: TaxiTap

21-11-2014

Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018

Sənədin hazır olması SMS-lə bildiriləcək-Yenilik

15-01-2018

“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

01-04-2025

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə