Previous Next
Bağla

Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

11-01-2019 11:37
Azərpoçt-un filial və şöbələrində 1132 sənəd qəbul olunub

Bu günə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC-nin filial və şöbələrində 1132 sənəd qəbul olunub. Sahibinə çatdırılan sənədlərin sayı 358, aidiyyəti üzrə qurumlara təhvil verilən sənədlərin sayı isə 764-dür.

Xeberler.az  bildirir ki, MMC-dən verilən məlumata əsasən, hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir. Sənədini itirmiş şəxs "Poçtap" xidmətinin internet səhifəsindən - http://www.pochtap.az, "169" saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirə bilər.

Belə ki, http://www.pochtap.az internet səhifəsində "Sənədimi itirmişəm" bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək itirilən sənəd barədə elan yerləşdirmək mümkündür. Bundan başqa, itirilən sənədlə bağlı "Poçtap" xidmətinin bazasında məlumatın olması, sənədin hazırkı statusu, hansı poçt filial və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün "Axtar" bölməsinə müvafiq məlumatları daxil edərək axtarış etmək mümkündür. Əgər itirilmiş sənəd tapılıbsa və sistemdə görünürsə, dövlət rüsumunu ödədikdən sonra vətəndaş "169" Çağrı mərkəzinə zəng edərək tapılmış sənədi ona yaxın poçt məntəqəsinə yönləndirə bilər. Sonda vətəndaş yönləndirdiyi poçt məntəqəsindən gedib sənədini götürə bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC "Poçtap" layihəsi çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, "Bakubus" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. İmzalanan memoranduma əsasən, adıçəkilən qurumlar "Poçtap" xidmətini dəstəkləmək, daim əlaqəli işləmək, əməkdaşlar tərəfindən tapılan sənədləri poçt inkasasiyasına təhvil vermək, eləcə də vətəndaşları "Poçtap" xidməti barədə məlumatlandırmaq üzrə öhdəliklər götürüblər. Hazırda “Poçtap” çərçivəsində birgə əməkdaşlıq üçün yeni qurumlarla danışıqlar aparılır.
 
Qeyd edək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər xidmət haqqı ödəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1 manat 80 qəpik xidmət haqqı ödəyərək onu təhvil ala bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 30 gündür. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.
 
Xatırladaq ki, "Azərpoçt" MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən "Poçtap" xidməti 2017-ci il martın 2-dən sənədini itirənləri sevindirir. “Poçtap” sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə, aidiyyəti orqana təhvil verilir. İstənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və şəxsin kontaktları tapılarsa, həmin şəxslə əlaqə yaradılır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Poçtap sayəsində 1142 sənəd aidiyyəti üzrə təhvil verilib

04-02-2019

İndiyədək Azərpoçt-da 1272 itirilmiş sənəd qəbul olunub

08-04-2019

Poçtap xidmətinə 1407 sənəd daxil olub

14-08-2019

İndiyədək “Azərpoçt”da 1385 itirilmiş sənəd qəbul olunub

01-07-2019

Poçtap sayəsində 1224 sənəd aidiyyəti üzrə təhvil verilib

11-03-2019

İndiyədək “Poçtap” sayəsində 528 sənəd tapılaraq sahibinə qaytarılıb

04-04-2020

Azərpoçt 500-dək itmiş sənədi sahibinə qaytarıb

07-01-2020

Poçtap xidməti ilə 500-ə yaxın itmiş sənəd sahibinə çatdırılıb

02-10-2019

Azərpoçt bu günə qədər 500-ə yaxın itmiş sənədi sahibinə çatdırıb

03-02-2020

5 qurum itirilmiş sənədlərin tapılmasına dəstək göstərəcək

14-03-2017

İtirilmiş sənədləri necə tapmaq olar? - Poçtap

02-03-2017

1084 itirilmiş sənəd tapılıb

06-11-2018

Azərpoçt-un Poçtap sistemində 1000 itirilmiş sənəd qeydiyyata alınıb

03-10-2018

Poçtap e-xidməti portala inteqrasiya edildi

17-03-2017

481 itmiş sənəd tapılıb

23-10-2017

Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

10-05-2018

Azərpoçt-dan yeni xidmət

03-11-2016

Polşa poçtunun nümayəndələri Azərpoçt MMC-də olublar

07-06-2018

Nazirliyin sturukturuna daxil olmayan qurumların siyahısı təsdiqləndi

13-07-2018

Yerli startap nümunəsi: TaxiTap

21-11-2014

ASAN xidmət tərcümə xidmətinin onlayn həyata keçirilməsinə başladı

03-03-2016

Yeni sosial layihənin təqdimatı keçiriləcək

14-04-2015

Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

28-09-2018

“Azərpoçt” “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir

03-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə