“Bakı Taksi Xidməti” MMC və “Azərpoçt” MMC arasında əməkdaşlığa başlanılıb.
Xeberler.az məlumat verir ki, əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti” MMC tərəfindən ölkəyə gətirilən taksi şəbəkəsində “Azərpoçt” MMC-nin təqdim etdiyi POS-terminallar quraşdırılıb.
Beləliklə, “Azərpoçt” MMC yerli vətəndaşların, o cümlədən ölkəyə səfər edən xarici nümayəndə və turistlərin nəqliyyat ödənişlərinin nağdsız şəkildə həyata keçirilməsi üçün POS-terminalların taksilərdə quraşdırılmasını təmin edib.
Qısa zaman ərzində POS-terminallar vasitəsilə 4178 əməliyyat icra olunub, dövriyyə isə 146 min manat təşkil edib.
Qeyd edək ki, “Azərpoçt” MMC bu əməkdaşlığı davam etdirməklə yanaşı, digər sahibkarlarla da (nəqliyyat xidmətləri, iaşə obyektləri, səyyar və pərakəndə satış, kuryer xidmətləri və s.) əməkdaşlığa açıqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri