Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsi (DM) bu ilin sentyabr ayına kimi Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) tətbiqi layihəsi çərçivəsində üç yeni modul istifadəyə verəcək. Yeni modullar likvidliyin, depozitlərin və maliyyə xidmətlərinin verilməsi üçün nəzərdə tutulub. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
“Azərpoçt” DM artıq poçt modulu və qeydiyyata nəzarətin avtomatlaşdırılması modulunun yaradılması ilə bağlı işlərə başlayıb. Poçt modulunun yaradılması üzrə işlərin bu ilin ilk rübünün sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, artıq layihə çərçivəsində iki modulun test istifadəsinə başlanılıb. Bu, mühasibat hesabatı və xidmət ödənişləri üzrə modullardır.
Sistemin yaradılması üzrə işlər Rabitə və İnformasiya texnologiyaları Nazirliyi, Azərbaycan Milli Bankı, FACP konsaltinq şirkəti, “Azərpoçt” DM, icraçı şirkət olan “HP Azərbaycan” və onun layihədəki tərəfdaşları “Colvir” və “Sinam” şirkətləri tərəfindən həyata keçirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri