Previous Next
Bağla

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilib

12-10-2026 14:06
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verib. Proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüsdür.

Xeberler.az bildirir ki, proqram dövlət sektorunda rəqəmsal bacarıqların inkişafını dəstəkləmək, dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirmək və müasir texnologiyaların tətbiqi üzrə insan kapitalını gücləndirmək məqsədi daşıyır.

Təşəbbüs çərçivəsində dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Təlimlər rəqəmsal platforma üzərindən onlayn formatda, tam ödənişsiz əsasda keçirilir və rəhbər şəxslər, mütəxəssislər də daxil olmaqla, dövlət qurumlarının bütün əməkdaşlarına şamil olunur. Proqram Bakı şəhəri ilə yanaşı, regionlarda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarını da əhatə edir.

Proqramın tədris məzmunu Avropa Rəqəmsal Səriştələr Çərçivəsi – “EU DigComp 3.0” əsasında hazırlanıb. Bu çərçivə rəqəmsal bacarıqların hansı istiqamətlər üzrə inkişaf etdirilməli olduğunu müəyyən edən vahid beynəlxalq standartdır. Sözügedən standartın növbəti versiyasında daha geniş əhatə olunması nəzərdə tutulan süni intellekt və kibertəhlükəsizlik istiqamətləri artıq “Rəqəmsal Üfüqlər” Proqramının təlim məzmununa daxil edilib. Kurikulum beynəlxalq standartlara uyğun hazırlanıb,

Azərbaycan dilinə lokallaşdırılıb, rəqəmsal təlim platforması və qiymətləndirmə sistemi isə tam istifadəyə hazır vəziyyətə gətirilib.

Proqram iştirakçıların fərdi bilik səviyyəsini nəzərə alan adaptiv öyrənmə modeli əsasında həyata keçirilir. Hər bir iştirakçı ilkin qiymətləndirmədən keçərək və nəticələrə uyğun olaraq müvafiq tədris səviyyəsinə yönləndirilir. Tədris proqramı təməl (Foundational) və orta (Intermediate) olmaqla iki səviyyəni əhatə edir. Təməl səviyyədə rəqəmsal alətlərdən təhlükəsiz və səmərəli istifadə, məlumat savadlılığı, rəqəmsal ünsiyyət və kibertəhlükəsizliyin fundamental prinsipləri, orta səviyyədə isə

məlumat analitikası, “bulud” texnologiyaları, süni intellektdən məsuliyyətli və etik
istifadə, qabaqcıl kibertəhlükəsizlik yanaşmaları və rəqəmsal dövlət xidmətləri üzrə
bilik və bacarıqların inkişafı nəzərdə tutulur.
Təlimlər zamanı hər bir iştirakçıya proqramı tamamlamaq üçün bir ay vaxt verilir.

Nəticələrə əsasən, 90 faiz və daha yüksək nəticə göstərənlər qızıl, 80 faiz və daha yüksək nəticə göstərənlər gümüş, 70 faiz və daha yüksək nəticə göstərənlər bürünc ştamplı sertifikat, 60–69 faiz nəticə göstərənlər isə iştirak sertifikatı əldə edəcəklər. 60 faizdən aşağı nəticə göstərən iştirakçılar təlimi təkrar keçərək qiymətləndirmədə
yenidən iştirak edə biləcəklər.

Proqramın icrasında müasir rəqəmsal idarəetmə və monitorinq mexanizmləri tətbiq olunacaq ki, bu da təlim prosesinin şəffaflığını, səmərəliliyini və nəticəyönümlü idarə olunmasını təmin edəcək.

Qeyd edək ki, “Rəqəmsal Üfüqlər” Proqramı Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndinə uyğun olaraq dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması, həmçinin Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) 2.4-cü bəndi ilə nəzərdə tutulan rəqəmsal bacarıqların inkişafı tədbirlərinin icrası çərçivəsində həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

16-06-2026
Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023
Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

30-09-2026
“Süni intellekt savadlılığı” proqramı davam edir

“Süni intellekt savadlılığı” proqramı davam edir

25-12-2025
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026
“Baku ID” çərçivəsində innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

“Baku ID” çərçivəsində innovasiya ekosistemində imkanlar və çağırışlar müzakirə edilib

19-09-2026
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edilib

İnsan Resurslarının İntellektual qiymətləndirmə Sistemi tətbiq edilib

12-02-2026
Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

Rəqəmsal bacarıqlar üzrə qiymətləndirmə 118 mindən çox şagirdi əhatə edib

03-03-2026
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir

Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir

02-09-2026
4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

4SİM “Gələcək üçün bacarıqlar” mövzusunda görüş keçirib

05-06-2026
Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

Azərbaycanda kağız daşıyıcılardan imtina olunacaq

16-01-2025
İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

27-10-2025
Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

11-06-2026
Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

Aİ süni intellekt sahəsinə 1,3 milyard avro investisiya yatıracaq

31-03-2025
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026
Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

Nazirlik əməkdaşlarına kibertəhlükəsizlik təlimləri keçirilib

02-11-2022
Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

22-07-2026
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib

16-02-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022
Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

29-09-2026
KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

KOB-ların Rəqəmsallaşması Proqramının açılış mərasimi keçirilir

30-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə