Previous Next
Bağla

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulacaq

10-10-2026 08:50
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulacaq

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.

Xeberler.az məlumat verir ki, müvafiq normativ akt Türkiyə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi tərəfindən hazırlanıb və oktyabrın 10-da hökumətin rəsmi "Resmi Gazete" nəşrində dərc olunub.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlər cari il noyabrın 1-dən tətbiq ediləcək. Qaydalara əsasən, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərə bilməyəcək. 15–18 yaş arası istifadəçilər üçün isə platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirlərini nəzərdə tutan ayrıca rejim yaratmalıdır. Artıq mövcud olan və aktiv istifadə edilən hesablar üzrə yaş təsdiqi 2027-ci il martın 31-dək tamamlanmalıdır.

İstifadəçilərin yaşı xüsusi identifikator vasitəsilə ümumrespublika elektron dövlət xidmətləri sistemi - "e-Devlet" üzərindən təsdiqlənəcək. 15–18 yaş arası yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq. Onlar üçün canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyəsi mexanizmləri qadağan ediləcək.

Sosial şəbəkələr, həmçinin topladıqları məlumatlar əsasında yetkinlik yaşına çatmayan istifadəçilərə digər hesabları tövsiyə edə bilməyəcək. Eyni zamanda, yeniyetmələrin öz profillərinin digər istifadəçilərə təklif olunmasına da icazə verilməyəcək.

Bundan əlavə, azyaşlı istifadəçilərin şəxsi təhlükəsizliyinin qorunmasına dair qaydalar sərtləşdirilir. Sosial şəbəkələr uşaqların hesablarını telefon kitabçaları, əlaqə siyahıları, elektron poçt ünvanları kitabçaları, eləcə də digər tətbiq və platformalardakı dostluq və izləmə siyahıları ilə sinxronlaşdıra bilməyəcək. Bu mənbələrə daxil olmaq və onlardan əldə edilən məlumatları emal etmək də qadağan olunacaq.

Normativ akt sosial şəbəkələri valideynlər və qəyyumlar üçün xüsusi nəzarət alətləri yaratmağa və təqdim etməyə də məcbur edir. Bu alətlər vasitəsilə hesabları, onların parametrlərini, istifadə müddətini, geolokasiyanı, ödənişli əməliyyatları və digər funksiyaları idarə etmək mümkün olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

BƏƏ 15 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edib

18-06-2026
16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan edəcək

15-09-2026
Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

Slovakiyada uşaqlara sosial şəbəkə qadağası təklif olunub

18-06-2026
Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi gücləndirilir - Dəyişikliklər nəyi ehtiva edir?

05-08-2026
Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

20-01-2026
Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026
Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

Bu ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq

24-10-2024
Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

08-11-2025
Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

Kanadada uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan oluna bilər

11-06-2026
Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

Roblox azyaşlı istifadəçilər üçün yeni hesablar təqdim edib

17-06-2026
“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı razılaşma əldə edib

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı razılaşma əldə edib

27-08-2026
Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025
Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir

Fransa 15 yaşdan kiçiklər üçün sosial şəbəkələri qadağan edir

22-07-2026
Roblox uşaqlar üçün yeni hesab növləri təqdim edəcək

Roblox uşaqlar üçün yeni hesab növləri təqdim edəcək

14-04-2026
Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial media qadağan ediləcək

08-11-2024
Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

Fransada yetkinlik yaşına çatmayanlara sosial şəbəkələr qadağan edilə bilər

11-12-2025
Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017
Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək

27-02-2026
Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

08-06-2026
Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərini qoruyan qanun layihəsi hazırlanıb

08-06-2026
Türkiyədə yerli şirkətlərin tvitterdə reklam vermələri qadağan olunub

Türkiyədə yerli şirkətlərin tvitterdə reklam vermələri qadağan olunub

19-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə