Previous Next
Bağla

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016 18:15
Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin informasiya kommunikasiya texnologiyaları üzrə birinci nazirlər toplantısı keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının sahə üzrə nazirləri və nazir müavinləri iştirak edib.

Xeberler.az-ın məlumatına görə, iclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunub.

Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İKT üzrə birinci Nazirlər Toplantısı dövlət başçıları tərəfindən dəstəklənən təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələrin aparılması, fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün təşkil edib.

Nazir qeyd edib ki, türkdilli ölkələr arasında iqtisadi və infrastruktur layihələrinin uğurlu inkişafı üçün Azərbaycan səylərini əsirgəmir. İnfrastruktur layihələri haqqında  danışan nazir Azərbaycan Respublikası Hökumətinin təşəbbüsü olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin önəmini qeyd edib.

R.Quluzadə bildirib ki, böyük coğrafi ərzini əhatə eden turk dövlətləri mövcud imkanlardan  faydalanmaqla TASİM kimi infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində real addımlar atılmalıdır. Nazir təklif edib ki, regionda genişzolaqlı internet bağlantısının inkişaf etdirilməsi işçi qrupunun fəaliyyət istiqamətlərindən birini təşkil etsin.

“Əminəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində ildə iki dəfə keçiriləcək İKT üzrə işçi qrupunun iclasları və hər il təşkil olunacaq Nazirlər Toplantısı dövlətlərimiz arasında bu sahədə əməkdaşlığa təkan verəcək və  yeni bir platforma rolunu oynayacaqdır”-deyə nazir qeyd edib.

İclasda Türk Şurasının Baş katibi səfir Ramil Həsənov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan, Qazaxıstan Respublikasının informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Qırğızıstan Respublikasının İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsinin sədri Bakat Şarşembiev çıxış ediblər. Qeyd edilib ki, türkdilli dövlətlərin peyk xidmətlərindən, elektron hökumət həlləri, kiber təhlükəsizlik istiqamətləri üzrə əməkdaşlıq əlaqələrinin genişləndirməsi üçün potensial imkanlar mövcuddur. Buna görə də, Şuraya üzv olan ölkələr perspektiv layihələrdə bu imkanlardan faydalanmalıdırlar.

Daha sonra, Türkiyə Poçt və Teleqraf Təşkilatı ilə Azərpoçt arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Müzakirələrin sonunda İşçi Qrupunun  kiber təhlükəsizlik, “Elektron-hökumət”, TASİM layihəsi və peyk xidmətləri üzrə 4 alt qrupun yaradılması ilə bağlı qərar qəbul edilib.

İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017

Nazir: “E-ticarət həcminin artırılmasında maraqlıyıq”

06-12-2017

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

24-10-2018

BakuTel-2016-nın keçiriləcəyi tarix açıqlandı

04-10-2016

Azərbaycanla Türkiyənin e-imzaları qarşılıqlı tanınacaq

17-09-2019

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Nazir iranlı həmkarı ilə görüşüb

02-08-2016

Türk dövlətlərinin İKT üzrə məsul nazirlərinin 5-ci iclası keçirilib

07-12-2023

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

20-12-2021

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020

Azərbaycan-Serbiya sənədləri imzalanıb

21-05-2018

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019

Azərbaycan və Kosta-Rika arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

21-10-2015

“Yeni kanal informasiya sahəsində inhisara müqavimət göstərəcək”

19-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə