Previous Next
Bağla

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020 17:35
Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən “fişinq” hücumları artmaqdadır. Belə ki, növbəti “fişinq” kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunur.

Xeberler.az bildirir ki, yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.

Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları “tələ”yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur.

Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri “spam” mesaj olaraq şikayət etməyə çağırır.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar.

Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

Nazirlik: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

02-10-2020

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021

Nazirlik: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir

20-10-2020

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

“Mail.ru”-nun azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur

09-10-2020

Düşmən kibermühitdəki təhlükəli təxribatını davam etdirir

17-10-2020

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

28-03-2023

NRYTN: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır

10-12-2020

Elektron Təhlükəsizlik Xidməti: Düşmən növbəti təxribatını “Periscope” vasitəsilə edir

04-10-2020

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə