Previous Next
Bağla

Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır

19-01-2021 15:44
Kiberdələduzlar “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar  saxta saytlar yaradır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt” MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.

Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.

Qeyd edək ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.
 
Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.
 
Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az  saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

Kiberdələduzlar koronavirus mövzusundan sui-istifadə etməyə davam edir

24-11-2020

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları saxta investisiya layihələri ilə bağlı xəbərdar edir

23-06-2022

Elektron Təhlükəsizlik Xidməti növbəti dəfə “fişinq” hücumları barədə xəbərdarlıq edib

20-04-2021

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb – Xəbərdarlıq

25-10-2023

Azərpoçt”MMC-nin müştəriləri hədəfə alınıb

14-12-2023

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir

05-07-2023

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - Xəbərdarlıq

10-06-2023

ETX: “Azərpoçt”un adından saxta mesajlar göndərilir

20-05-2025

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

26-05-2026

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022

NRYTN: “WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir

16-11-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

ETX: Kiberdələduzlar "Azərpoçt" adından saxta mesajlar göndərir

08-09-2025

ETX: "Azərpoçt" adından dələduzluqlar edilir

12-02-2025

Elektron Təhlükəsizlik Xidməti “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edib

27-12-2021

Ermənistanın elektron poçt üzərindən “fişinq” hücum cəhdləri davam edir

20-10-2020

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Nazirlik: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir

20-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə